DAXİLİ İŞLƏR NAZİRİNDƏN NÖVBƏTİ TƏYİNAT – “Bandotdel”ə BDU-nun keçmiş müəllimi rəis gətirildi

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.

"AzPolitika" "Strateq.az"-a istinadla xəbər verir ki, yeni nazir, general-polkovnik Vilayət Eyvazovun əmriylə el arasında “Bandotdel” kimi məşhurlaşan BMCMİ-yə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin edilib.

Xatırladaq ki, Əbülfət Rzayev 1968-ci il avqust ayının 11-də anadan olub. Ali pedaqoji və ali hüquq təhsilinə malikdir, polis sistemində ən savadlı kadrlardan biri kimi qəbul olunur, uzun müddət BDU-nun hüquq fakültəsində “Konstitusiya hüququ” və “İnzibati hüquq” fənlərindən dərs deyib.

1995-ci ildən həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində xidmət edir.

Polis sistemində xidmətə Ukraynada adi milis nəfərliyindən başlayan Əbülfət Rzayev 1995-ci ildən Azərbaycanda Ordubad ŞPİ-də sahə müvəkkili, Qaradağda əməliyyat müvəkkili, Nəsimi rayonunda Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili, Bakı şəhər Baş Polis İdrəsinin Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili, Xətai RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Şəki RPİ-nin rəisi, sonuncu təyinatına qədər isə Nəsimi RPİ-nin rəisi vəzifələrində işləyib.

***

Əbülfət Rzayevin "Bandotdel"ə rəis gətirilməsi bir qədər gözlənilməz təyinat oldu. DİN-in çox əhəmiyyətli bu idarəsinin rəisliyinə namizədlər arasında Ə.Rzayevin adı çəkilmirdi. Bu posta namizəd kimi polis sistemində sərtliyi ilə ad çıxarmış bir neçə zabitin adı hallanırdı. Lakin nazir V.Eyvazov keçmiş müəllimi - DİN sistemində alicənab, mədəni bir şəxs kimi tanınan Ə.Rzayevi "Bandotdel"ə gətirməklə, ümumi rəyin üzərindən xətt çəkmiş oldu.

Fikrimizcə, yeni DİN naziri "Bandotdel"ə məhz Ə.Rzayevi təyin etməklə, polisin ictimai nüfuzunu qaldırmaq, ilk günlərdən elan etdiyi kimi, polisi xalqın güvənc yerinə çevirmək siyasətinə sadiqliyini nümayiş etdirmiş oldu. Görünür ki, nazir "Bandotdel"lə bağlı xalq arasında formalaşmış və o qədər də yaxşı olmayan fikri də dağıtmaq niyyətindədir.

Xatırladaq ki, V.Eyvazov nazir təyin olunduqdan sonra hər fürsətdə polisin ictimai nüfuzu məsələsini qabardır və şəxsi heyətə bununla bağlı çağırışlar edir. Nazirin bu çıxışları polis sistemində dərin islahatlara hazırlığın anonsu kimi qəbul edilir. Ə.Rzayevin "Bandotdel"ə rəis təyinatı bir daha bu niyyətin ciddiliyindən xəbər verdi.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Vətəndaş 2019-07-12 19:07:24

Pulu yaxşı tanıyır................................?

arı 2019-07-12 19:07:24

Bandatdel barədə əhalinin hec birində yaxşı təsürat yoxdu. Üstəlik yolunu bura zorla salınanlar bunu daha yaxşı bilir. belə ki bu idarədə nə qədər ki gədəbəyli Vasif kimi yarıtmaz və vətəndaş huquq və azadlıqlarına qənim kəsilib, vəzifəsini bura gətirilən insanlara qarşı işgəncələrə sərf edən lər var bu idarə haqqında yaxşı nə danışmaq olar. Bunu 3 qrup əlil Xətai rayon sakini Yaşar İsgəndərov və onun qonşusu Baş Redaktor daha yxşı anladır. Sözlərinə görə adı cəkilən polisin zorakılıqlarına məruz qalıbıar.

seda 2019-07-12 19:07:24

millete = vetene xeyirli olsun,arzularimdan biri,avropa ve amerika polisi kimi oz polisimize guvenek.qorxmayaq polisden...

Analitik 2019-07-12 19:07:24

Tam deye bilmirem, ancaq taniyan yaxin yoldaşlar deyirler (bezi başqalari ile muqayisede) pis ve kobud adam deyil, dunyagoruşlu insandir.. Ozum hemin ATM-i bitirsem de, şifahi taniş geldi, amma yadima duşmedi.. Teki, insafli ve edaletli olsun, Haqqi nahaqa vermesin!

elcin-jurnalist 2019-07-12 19:07:24

ay dostlar ebulfet muellim yuksek tehsilli ve ziyali bir insandir. universitetde ders deyib- medeniyyeti ve vetenperverliyi yuksek olan- dovlete ve xalqa baqli ziyalidir. bu teyinat olduqca alqislanasi hadisedie. uqurlar olsun.

Hörmətli oxucu 2019-07-12 19:07:24

Bismillahir-Rəhmanir-Rəhim. Ən alçaqlıq zalımları tərifləməkdir. İmam Əli(ə.s.s.)

dadaşyev 2019-07-12 19:07:24

Bu xəbərin nəyi sensasiyadı?Son dərəcə normaldı.Hətta,misalçün,bu kişi Neft-Kimya universitetinin geoloji kəşfiyyat kafedrasının müdiri və ya Energetika fakültəsinin dekanı olmuş olsaydı da Bandotdelə təyini bir qoruq direktorunun bu boyda respublikanın Ali Təhsil naziri təyin edilməsi qədər də sessasiya olamazdı yau kardeşim.

Junior diplomat 2019-07-12 19:07:24

DİN sisteminə Culfa-Ordubad nəzarəti.

t.ədalət 2019-07-12 19:07:24

Bu da naxçılvanlıdır.Görəsən, Azərbaycanın başqa bölgələrində yaşayanları nə vaxta kimi vəzifələrdən məhrum edəcəklər?Tanrı türkü qorusun!

Son yazılar