FAZİL MƏMMƏDOV ALMANİYAYA APARILIB - Cərrahi müdaxiləyə məruz qalıb

Keçmiş Vergilər naziri Fazil Məmmədov Almaniyada əməliyyat olunub. Bakupost.az xəbər verir ki, sabiq nazir Almaniyanın Heydelberq şəhərində yerləşən xəstəxanalardan birində mədəaltı vəzisindən əməliyyat edilib. F.Məmmədov pankreatit və xəstəliyindən əziyyət çəkir.

Bildirilir ki, keçmiş nazir iyul ayının əvvəlindən müalicə üçün Almaniyadadır və iyulun 6-da cərrahi müdaxiləyə məruz qalıb. Hazırda onun vəziyyətinin stabildir.

Həkimlər bildirib ki, o daimi həkim nəzarətində olmalı, mədəaltı vəziyə yığılan iltihab vaxtaşırı təmizlənməlidir. Buna görə də, keçmiş nazirin hələ bir müddət Almaniyada qalacağı gözlənilir.

Xatırladaq ki, uzun müddət Türkiyədəki “Amerikan Hastanesi”ndə müalicə alan sabiq vergilər naziri Fazil Məmmədovda pankreatit xəstəliy aşkarlanmışdı. Bu xəstəliyin də əsas  səbəb spirtli içkilərdən çox istifadə edilməsidir.

Məlumata görə, həkimlər yaşaması üçün F.Məmmədova spirtli içki yasağı qoyublar.

635x100

Şərhlər

vergiodeyicisi 2019-07-12 19:55:48

kasibin qenimi

elshad 2019-07-12 19:55:48

haramin axri

Azəri 2019-07-12 19:55:48

İnsan olan kəs o böyük YARADANI yaddan çıxarmalı deyil. İstər şah ol istərsə də nökər ALLAH-dan qorxmaq lazımdır. ALLAH birdən onu yaddan çıxaran zalimləri götürüb təpəsi üstə yerə elə vurur ki, qan qusur. Bu söz Harın və talançıların hamısına aiddir.

dadaşyev 2019-07-12 19:55:48

Tibb tələbələrinə bir məsləhətim var.Ay oğlum,ay qızım,7 il gecə-gündüz zəhmət çəkib dünyanın ən gözəl peşəsinə sahiblənirsən,çox əla eləyirsən,amma həkim olanda çox pul qazanmaq istəyirsənsə ixtisas seçimini düzgün et;bir azdan Azərbaycanda ən gərəkli həkimlər babasil-gemorroy həkimləri olacaq.Çünki bizim məmurlar on illərlə bir kresloda oturur deyə babasil-gemorroydan əziyyət çəkirlər.Qansoran zəlinin üstünə duz tökəndə bədəndən ayrılar,bunların duzu xəstəlikdi,yalnız ölhaöldə qansormaqdan əl çəkirlər.

Cəmşid Dərələyəzli 2019-07-12 19:55:48

Allah şəfasını versin. Lakin bir şeyi anlamıram bu vəziyyətdə olan və cəmiyyətin marağında olmayan birisinin bu qədər xəbər manjetlərinə daşıyanların amacı nə.

Son yazılar