Qadın 75 il əvvəl itirdiyi pul kisəsini tapıb! 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İllinoys ştatındakı bir məktəbdə 75 il əvvəl oğurlanmış 15 pul kisəsi tapılıb. Bu barədə kilsə xadimi Set Baltsell özünün «Feysbuk» səhifəsində yazıb.

«Biz, Sentraliya şəhərində orta məktəbin binasına baxış keçirərkən, bizim bildiyimiz kimi, 1940-cı illərdə oğurlanmış pul kisələrinin olduğu gizli yeri tapdıq. Keşişin dediklərini tapıntının şəkilləri ilə təsdiqləyir. Oğru pulları götürüb, yalnız sənədləri, fotoşəkilləri və sahiblərin digər şəxsi əşyalarını gizlədib, qaçıb». Pastor jurnalistlərə izah edib ki, qulluq etdiyi kilsə sözügedən məktəbin köhnə binasına köçməyə hazırlaşır.

Baltsell kisə sahiblərinin ad və soyadlarını sənədlər əsasında identifikasiya edib və nəticəni dərc etdirib. Publikasiya «yoluxucu» olub - tezliklə 3 min əks-səda doğurub və minlərlə şərh yaradıb. Öz adını siyahıda görən 89 yaşlı bir qadın - Betti Cun Sissom keşişlə əlaqə saxlayıb: «Mən, xatırlayıram ki, gənclik illərimdə qırmızı rəngli pul kisəmi itirmişəm. İnana bilmirəm ki, onu tapıblar - görün, aradan nə qədər vaxt keçib?...»

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar