“Belə bir vəzifəyə təyinatım son dərəcə gözlənilməz oldu” - “Bandotdel”in yeni rəisi

“Belə bir vəzifəyə təyinatım son dərəcə gözlənilməz oldu”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında bu gün Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunan polkovnik Əbülfət Rzayev deyib.

O bildirib ki, belə bir yüksək posta təyinat onun üçün gözlənilməz olsa da, sevinclə qarşılayıb:

“Bu, əslində böyük məsuliyyət və etimad deməkdir. Çalışacam ki, öz işimlə bu etimadı doğruldum və ölkəmizin əmin-amanlığı naminə əzmlə çalışım”.

635x100

Şərhlər

Müfəttiş 2019-07-12 20:32:54

Yaxşı görək də, bilməmiş olmazdın....

dadaşyev 2019-07-12 20:32:54

1932-ci ildə Bağırovla Beriya Moskvada Xruşşovun qəbulunda olurlar,Bağırov deyir ki,Azərbaycana erməni Levon Mirzoyanı rəhbər göndərmək istəyirsiniz,mən Ali Partiya Məktəbini bitirmişəm,Azərbaycana layiqli rəhbər ola bilərəm.Xruşşov deyir mən sadəcə Moskva vilayətinin partkomuyam,bu işlər Stalinlikdir.Oradan onun yanına gedirlər və Stalin Bağırovu Azərbaycan MİK sədri təyin edir.Bir il sonra,1933 dekabrında Bağırov Azərbaycana rəhbər təyin edilir.1956 məhkəməsində isə Bağırov deyir Azərbaycana rəhbər təyin davamı;edilməyim çox gözlənilməz oldu.Bildim ki,bu,yoldaş Beriyanın işidir.Və Beriyadan söz düşəndə onu alçaq,yaramaz,xalq düşməni adlandırır,çünki Beriya artıq 3 ildi güllələnmişdi Jukovun tədbiriylə.Halbuki Beriya və Bağırov ayrılmaz dostlar idilər,Bakıda ÇK-da 1921-ci ildən birlikdə işləmişdilər.Bağırov ÇK sədri,o da onun müavini.

Son yazılar