“Azərbaycanda 338 məktəb və 7 universitetdə fransız dili tədris olunur” - Nazir müavini

“Fransa və Azərbaycan arasında iqtisadi əlaqələr son illərdə daha da güclənib”.

APA-nın xəbərinə görə, bu sözləri xarici işlər naiinin müavini Xələf Xələfov Fransa Milli Gününə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, hazırda Azərbaycanda təxminən 50-yə qədər Fransa şirkətləri fəaliyyət göstərir: “Bu şirkətlər enerji, suyun idarə olunması, kənd təssərüfatı, aviasiya kimi sahələrdə, ümumi dəyəri 2 milyard dollar olan 27-dək layihədə iştirak edib”.

Xarici işlər nazirinin müavini qeyd edib ki, iki ölkə arasında informasiya texnologiyaları sahəsində əməkdaşlıq mövcuddur və buna misal olaraq “AzerSpace-1” və daha 2 peyk Fansa Qayanasından səmaya buraxılıb.

X.Xələfov fransız dilinin Azərbaycanda tədrisinə toxunaraq bildirib ki, bu dil ingilis və rus dilindən sonra ən çox öyrənilən dildir: “Bu gün Azərbaycanda 338 məktəb və 7 universitetdə fransız dili tədris olunur. 50 000 məktəbli və 5000 universitet tələbəsi bu dili öyrənir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar