CAHANGİR HACIYEVİN BAĞ EVİ MÜSADİRƏ OLUNUR! - "Məhkəmə icraçıları gəlib..." + FOTO

Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin Mərdəkanda yerləşən evi əlindən alına bilər.

"AzPolitika" xəbər verir ki, bu barədə "AzadlıqRadiosu"na onun bacısı Əminə Hacıyeva məlumat verib.

Ə.Hacıyevanın bildirdiyinə görə, evin müsadirəsi barədə məhkəmə qərarı yoxdur. Çünki qanunlar şəxsin yeganə yaşayış yerinin müsadirəsini qadağan edir. Amma evə iki həftə öncə məhkəmə icraçıları gəliblər. Özlərini təqdim edib, evi qiymətləndirəcəklərini deyiblər. Lakin həmin vaxt evdə ailə üzvləri olmadığına görə gələnlər evə buraxılmayıb.

İyulun 11-də yenidən məhkəmə icraçıları və polislər gəlib: «Aralarında polislər də vardı. Təxminən bir saat dayanıblar. Getməyiblər. Hətta ətrafdakı qonşuları da gəzib, onlardan evdəki yaşayışla bağlı məlumat toplamağa çalışıblar».

Ə.Hacıyeva deyir ki, məhkəmə qərarı olmadığı halda, evin müsadirəsi, qiymətləndirilib hərraca çıxarılması qanunsuzdur.

Yasamal Rayon İcra Şöbəsinin təqdimatı əsasında Yasamal Rayon Məhkəməsi iyunun 25-də qərardad çıxararaq, C.Hacıyevin əmlakları üzərinə həbs qoyub. Vəkilləri həmin qərardaddan şikayət verib.

Ə.Hacıyeva deyir ki, ümumiyyətlə, mövcud olmayan əmlaklara da həbs qoyulması haqda qərar çıxarılıb: «Bu da o deməkdir ki, məhkəmə araşdırma aparmayıb, təqdimatı kor-koranə təmin edib. Xaricdə olan əmlaka da həbs qoyulub, amma araşdırılmayıb ki, onun Cahangir Hacıyevə aidiyyəti var, yoxsa yox».

635x100

Şərhlər

Şəki-Bazarın səhmdarı 2019-07-13 00:07:31

Cahangir Hacıyevin təkcə Bağ evi yox, bütün əmlakları müsadirə olunmalıdır ? O həbsdə olmasına baxmayaraq,himayəsində olan Şəki-Bazar ASC özbaşnalıqar hökm sürür,pul qazanmaq üçün kiçik obyektlər yaradaraq sahibkarlara 5-7 min manata satır,pulu da Mollalıqla məşğul olan eldəniz Hacıağayev cibiştana qoyur,heç kim də onun qanunsuz əməllərinə müdaxilə etməyirlər? Kasıbçılıqla yaşayan "Molla" Eldəniz öz adını qısa müddət ərzində "Milyonerlər" siyahısına daxil edib..Korrupsiya İdarəsidə onun qanunsu. göz yumur.

Şəki Bazarın Səhmdarı 2019-07-13 00:07:31

Hal-hazırda Şəki Bazar ASC-nə başçılıq edən Əminə Hacıyevadır..Onlar qanundan qorxmayırlar,qanunlar ondan qorxur,çünki Şəki Bazarından yığılan pullar hesaba daxil olmayaraq,Bazarın direktor vəzifəsini zəbt edən Eldəniz Hacıağayev tərəfindən mənimsənilərək,onun vasitəsilə yığılan pullar ona çatdırılır..Vergilər Nazirliyi tərəfindən Bazarın qanunsuz əməllərinə göz yumurlar,ancaq Su satan putkanı vergiyə cəlb edirlər,onların iş fəaliy.nəz

Şəki-Bazarın səhmdarı 2019-07-13 00:07:31

Cahangir Hacıyevin yaxınları Şəki-Bazarında at oynadır.Şəki-Bazarı ildə ən azı 600,0-700,0 min manat vergidən yayınmasına baxmayaraq,Vergilər Nazirliyin əməkdaşları göz yumurlar..? Bazarın direktor vəzifəsinə "Molla"lıqla məşğul olan Eldəniz Hacıağayevi,Baş mühasib vəzifəsinə isə "Dəmirçi"liklə məşğul olan Səmayıl adlı şəxsi təyin etməklə Səhmdarları dividentsiz qoyublar.. Gündəlik sahibkarlardan yığılan xidmət pullarının 90%-i vergidən yayınaraq Mollanın cibinə daxil olur.Aidiyyatı qurum.göz.yu

Nara 2019-07-13 00:07:31

Ey bank rehberleri, az adami evsiz-eshiksiz qoymusuz? Bundan beter olasiniz inshallah

Son yazılar