Trampın İranla müharibəyə başlamaq hüququ məhdudlaşdırılıb

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın İrana zərbə endirmək imkanlarını məhdudlaşdırılmasına səs verib.

Bu barədə “Report” “The New York Times”a istinadla xəbər verir.

Prezident İrana qarşı güc tətbiqi barədə qərar verməzdən əvvəl Konqres üzvlərinin razılığını almalıdır.

Nəşr qanunvericilərin müharibə və sülh məsələlərində itirilmiş təsirinin geri qaytarılmasına artan arzusunu xüsusi olaraq vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar