Ramil Şeydayev Rusiya çempionatının start oyununda meydançaya çıxıb

Futbol üzrə Rusiya Premyer Liqasında 2019/2020 mövsümünə start verilib.

Açılış matçında "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi Tula "Arsenal"ı ilə Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin yeni klubu Moskva "Dinamo"su üz-üzə gəlib.

Tuladakı "Arsenal" stadionunda keçirilmiş qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Start heyətində yer alan Şeydayev 87-ci dəqiqədə yerini Vyaçeslav Qrulevə verib.

Qeyd edək ki, ilk turun qalan görüşləri 13-15 iyulda keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar