QICIQ, QORXU VƏ UTANC HİSSİ – Rusiyalılar siyasətçilərinə belə münasibət bəsləyirlər

Rusiyalılar arasında ölkənin inkişafı proseslərində şəxsi iştirak ehtiyacı artır, hakimiyyətə qarşı münasibət isə qıcıq və qorxu hissləri ilə «rənglənir». Bu, məşhur alimlərin hesabatlarından görünür.

Məlumata görə, uyğun hesabat tanınmış iqtisadçılar - Strateji İşləmələr Mərkəzinin sabiq prezidenti Mixail Dmitriyev, psixoloq Anastasiya NikolskayaYelena Çerepanova tərəfindən hazırlanıb.

2019-cu ilin mart-aprel aylarında aparılmış araşdırmanın gedişi zamanı onlarla bölgədə, tərkibində 129 nəfər olan 13 fokus-qrup sorğuya məruz qoyulub. Alınan nəticələri 2018-ci ildəki iki araşdırmanın nəticələri ilə müqayisə ediblər - etiraz əhvalının və Rusiya cəmiyyətinin inkişaf sserarisinin qiymətləndirilməsi üzrə.

Beləliklə, 2019-cu ildə aparılmış araşdırma çərçivəsində respondentlərin 86,0 faizi bəyan edib ki, rusiyalı siyasətçilər arasında real vəziyyətdən danışanını görmürlər. Ekspertlər həm də müəyyən ediblər ki, yeni liderlərə ehtiyacın saxlandığına baxmayaraq, respondentlər inana biləcəkləri lideri görmürlər.

Üstəlik də baş verənlərə görə, şəxsi məsuliyyəti barədə danışanların və ölkənin inkişafına şəxsi töhfə vermək arzusunda olanların sayı artıb.

2018-ci ilin oktabrında belə fikiri demək olar, respondentlərin 2/3-si ifadə etmişdi, indi isə artıq bu rəqəm 84,0 faizə çatıb. Hakimiyyətdən narazılıq da yüksəlib.

Müəlliflər qeyd edirlər ki, respondentlər arasında hakimiyyətə yönəlik qıcıq, qorxu və utanc hissləri artıb. Sorğuya məruz qoyulanların bir çoxunda öz fəaliyyətsizliyinə görə günah hissi də artır. Fokus-qrup iştirakçıları ehtimal edirlər ki, təhlükənin başlıca mənbəyi - ölkə daxilindəki vəziyyətdir. Müəlliflər həm də ona diqqət çəkirlər ki, bir il əvvəl rəyi soruşulanlar üçün başlıca dəyər maddi dəyər hesab olunurdu, indi isə onların yarıdan çoxu - 59,0 faizi azadlığa üstünlük verir.

Araşdırmaçılar təsdiqləyirlər ki, ötən il cəmiyyətdə nüfuzlu liderə ehtiyac hissi yox olub. Yeni tip qəhrəmanlar «açıq, qanunlara əməl edən, hakimiyyəti təmsil etməyi bacaran və öz səhvlərini etiraf edə bilənlərdir»...

Yaxşı ki, Azərbaycanda belə araşdırmalar ümumiyyətlə aparılmır - siyasətçilər və bütövlükdə, siyasi partiyalar «hakimiyyətə quyruq bulayıb da «nəzir yığmaqla» məşğuldurlar. Yoxsa ki, bütün dünyanın gözləri qarşısında rüsvay olardıq...

Mirzə AĞ

635x100

Şərhlər

Geber 2019-07-13 09:20:20

Hörmətli Mirzə AĞ ənənvi maraqli məqaləsi ilə , düşünməyə vadar edən təzadlar yarada bildi . hamini narahat edən mövzunu Hörmətli Mirzə AĞ daha yuksək rakursdan , özünəməxsus stildə yeniləndirdi . Əvvala ğözəğörunməz lakin riyazi düstürlar kimi dəqiq bir yanaşma ilə təsdiq etmək olar ki , Kremli və oradaki uşaqciğazlari 1993 -cü il dönəmindən də ağir şərtlərlə qərb özenen intellektual yedəyinə ğöturubdür artiq. Bunun finali bir ğündə Poroşenkonun aşağilanmasi elə həmin ğün Putinin Zelenski ilə daniişmasi oldu . Bu final nöqtəyə qədər 6 ayliq ğizlin danişiqlar və Stalin Ribentrop sayaqi sərt protkollarin imzalanmasi bunun ardinca isə Putin 2024-cü ildən sonrada prezident qalacaq kimi qeyri səlis protestant yevaqilist beyin məhsullarinin şuurlara siraiyyətinə start verildi . Sual olunur məğər ruslarin özləri özlərinin beyin boşluqlarini yalani həqiqət edən dolğularla bərkidə bilmirlərmi ? Desəm ki bu texnoloğiyalara qərb bəlkə də 500 milyard dollar pul xərcləyib inandirici olmasada deyərdim ki , bundan da çox. Kremldə və ya onun məxfi orqanlarinda və ya diğər strukturlarda belə bir şüür yaradici insanin və ya insanlarin tapilmasi rus yaziçisi Qoqolun dili ilə desək : bəzən 300 və ya 500 il lazimdir ki , birisi ğəlsin yalana və daşa çevrilmiş həqiqətləri təzələməklə beyin yedəyi ilə toplumun beyninin aktivləşdirsin . Onu da deyirəm ki Rusiyada ictimai rəyi öyrənən Levada Mərkəzi və buna bənzər adi üzdə olan bütün mərkəzlər 1995 -ci ildə birbaşa amerikanin mərkəzi kəşfiyyat idarəsinin Yelsinə yardim komitəsinin mütəxəssisləri tərəfindən idarə olunurdu sonra rus " ya sam znayu ne meşay " tipli zərərli viruslarindan dayandi , rusca desək posle Fİasko Ukraynada iflasdan sonra qərbin beyin məhsuluna ehtiyaclar təzədən yeniləndi. Son bir həftə ərzində Putin yenidən yalanlarla parildayan lakin amerika mətbəxinin dadi kimi . haminin nəzərində yapişqanli illyuziyali ay ulduza çevrildi. Beləki Zelenskinin dilini əvəz etmiş qərb mütəxəssislərinin dilləri sədalarindan , mart 2019 -cu il tarixinə Kremlin ideoloji darmadağin olmasi reallaşmaq üzrə idi . Və Kreml heç kəsin bilmədiyi ağir şərtlərlə pərdəarxasi qərblə razilaşdi Russkiy Boq Trampin əlini sixdi dünya siyasətinə qayidiş adli yalançi rolikləri paylaşdi . O ki qaldi :_ QICIQ, QORXU VƏ UTANC HİSSİ adli "optik illyüziya daşiyici sözlərə " bu kimi beyin viruslari ilə qara kütləni necə yoluxdurub necə də sağaltmaq qərb mütəxəsissləri üçün sadə və primitiv texnoloğiyalardir. Mənasi isə qədim Çində çan ustalarinin sözğüləşdirmə məktəbinin strateqiyasina uyğun :_səndə olmayan xəstəlik diaqnozuni misal qaşinmani : sənə çan ustasi elan edir , sonra səni inandirir ki qaşinirsan , sonda isə sən özün subut edirsən ki , bu belə deyil başqa cürdur , mən sağlamam vəsairə :_ qərb çan ustasi öülümsüyir üzr istəyir , səninlə razilaşir və sən təbiətdə olmayan xəstəlikdən müalicə olunmaq haqda illyuziyani kəllə beyin nahiyəvə yukləyib artia razilaşmiş köləyə çevirilsən. Yəni dürumundan da ağir bu dəfə real viruslarla yoluxursan . Necə ki quş qripi ilə hamiya şimpanze tək başlarina min oyun ğətirdilər. .

Son yazılar