Ölkədə qızıl-gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, iyulun 12-də qızılın qiyməti iyulun 11-i ilə müqayisədə 28,526 manat azalaraq 1 unsiya üçün 2393,073 manat təşkil edib.

Gümüş 0,2658 manat ucuzlaşaraq 1 unsiya üçün 25,7306 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 4,3265 manat azalaraq 1402,993 manat, palladiumun qiyməti isə 68,714 manat azalaraq 2645,285 manat təşkil edib.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar