İranda baş vermiş atışmada bir nəfər ölüb

Tehranda baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb.

APA “TASS” agentliyinə istinadla xəbər verir ki, bu barədə “Al-Sumaria” telekanalı məlumat yayıb.

Telekanalın mənbəyinə görə, insident İran paytaxtının şimalındakı meydanların birində qeydə alınıb.

Hadisənin digər təfərrüatları və səbəbləri barədə hələlik bir məlumat verilməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar