Kılıçdaroğludan gözlənilməz S-400 açıqlaması...

Təhlükəsizliyini təmin etmək Türkiyənin haqqıdır.Axar.az xəbər verir ki, bu sözləri CHP sədri Kamal Kılıçdaroğlu Rusiyanın S-400 müdafiə sistemlərini Türkiyəyə təslim etməsinə münasibət bildirərkən deyib.

O, Türkiyənin strateji məkanda yerləşdiyini bildirib:“Türkiyə ölkə daxilində və xaricində təhlükəsizliyini təmin etmək məcburiyyətindədir. Əgər Türkiyə vaxtilə "Patriot" alınması üçün müraciət edibsə və ABŞ bu tələbi qarşılamayıbsa, əlbəttə ki, Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün başqa axtarışlar aparacaq. Senatın və digər siyasi qurumların Trampa “Türkiyəyə təzyiq edin” çağırışlarını doğru hesab etmirəm. Türkiyə öz bildiyi yoldan davam edəcək, təhlükəsizliyini təmin edəcək. Bu, Türkiyənin haqqıdır, hüququdur”.

Qeyd edək ki, Rusiya dünəndən etibarən Türkiyəyə S-400-lərin göndərilməsinə başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar