Nepalda ölənlərin sayı 43 nəfərə çatıb 

Nepalda daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ANİ agentliyi məlumat yayıb.

Bundan öncə daşqın və sürüşmə nəticəsində 32 nəfərin öldüyü deyilirdi. Hazırda 24 nəfər itkin hesab olunur. Eyni zamanda 20 nəfər xəsarət alıb.

Təbii fəlakət 21 rayona toxunub. Yerli icra orqanları 850 nəfəri təxliyyə edib.

Lazımi yardımlar üçün təxminən 28 min təhlükəsizlik qüvvələrinin əməkdaşları səfərbər olunub. Nepal hökuməti yerli sakinlərə təhlükəsiz yerdə qalmağı təkidlə tövsiyə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar