Lənkəranda piyada vurulub, qəzadan yayınmaq istəyən digər maşın arxa aşıb 

Dərc olunub: 14/07/2019 - 15:02

ed0c5de8-87e8-433b-b62e-8f40c9c3ae57Ələt-Astara magistralının Lənkəran rayonu ərazisində, Gərmətük kəndində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, 1985-ci il təvəllüdlü Ziya Hafiz oğlu İbrahimov idarə etdiyi “VAZ-2107″ markalı “10-FZ-090″ dövlət qeydiyyat nişanlı avtomobillə yolun hərəkət zolağına çıxan piyadanı vurub, sonra işıq dirəyinə çırpılıb.

Ağır bədən xəsarətləri alan orta yaşlı qadın, Şəfiqə Əzizəli qızı Rəhimova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Çanaq sümüyünün sınığı, sağ bud sümüyünün sınığı və travmatik şok diaqnozu qoyulan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə zamanı qarşı tərəfdən hərəkət edən daha bir “10-HO-667″ dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə hadisədən yayınarkən, yoldan çıxaraq suötürücü arxa aşıb.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin