Bakıda 61 yaşlı qadın su quyusuna düşərək ölüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadla verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1958-ci il təvəllüdlü İsmayılova Tahirə Müzəffər qızının meyitini su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar