Aktrisa Elmira Hidayətova vəfat edib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Elmira Hidayətova vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, o, 62 yaşında dünyasını dəyişib.

Bu barədə məlumatı həmin teatrın aktrisası Telli Hüseynova verib.

Qeyd edək ki, 1957-ci ildə Bakıda anadan olan Hidayətova Elmira Xalıq qızı "O olmasın, bu olsun", "Hələlik", "Bankir adaxlı", "Səhnədə məhəbbət", "Məhəbbət oyunu", "Qırmızı papaq", "Şən dul qadın", "Əlin cibində olsun" və s. tamaşalarda iştirak etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar