Tbilisidə sayca 25-ci etiraz aksiyası keçirilir

Dərc olunub: 14/07/2019 - 21:56

6659bc0d-0458-467c-942f-65271ad63a9dTbilisidə, Gürcüstan parlamentinin binası önündə ölkənin daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə növbəti aksiya keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, sayca 25-ci aksiyadan öncə əl işlərinin sərgi-satışı təşkil olunub.

Sərgi-satışdan əldə olunan gəlirin 20%-i aksiyanın təşkilat qrupuna təqdim olunacaq.

Təşkilatçılar mübarizələrini sona qədər aparacaqlarını və DİN rəhbəri istefa verənə qədər aksiyaları dayandırmayacaqlarını bildiriblər.








loading...


Fikrinizi bildirin