"FETÖ-nun AZƏRBAYCANDAKI DAYAQLARI SARSIDILIB" - PA rəsmisi

"15 iyul Türkiyədə qəhrəmanlıq tarixidir. 2016-cı ilin 15 iyulunda xalqın seçdiyi hökumətin devrilməsinin qarşısı alındı. Türkiyə xalqı ağır texnikanın qarşısına çıxdı. Bu, qəhrəmanlıq idi. Qəhrəmanlıq ölümə atılmaq deməkdir. Həmin qəhrəmanlar da dövlət üçün ölümə atıldılar. Bu hadisəyə ilk rəsmi münasibət bildirən ölkə Azərbaycan oldu. Azərbaycan terrordan əziyyət çəkən ölkədir və terrorla mübarizə aparır".

"Report" xəbərinə görə, bunu Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasının 3-cü ildönümünə həsr edilən "Demokratiya zəfəri" adlı tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib.

O qeyd edib ki, FETÖ terror təşkilatının Azərbaycandakı bütün dayaqları sarsıdılıb, onların fəaliyyətinə son verilib: "Biz çiyinə-çiyinə qardaşlığımızı qoruyub saxlamışıq. Xatırlayırsınızsa, beynəlxalq tədbirlərin birində Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, Türkiyə Prezidenti burada yoxdursa, mən varam. Türkiyə də beynəlxalq tədbirlərdə Azərbaycanın mövqelərini müdafiə edir. Azərbaycan da torpaqları uğrunda şəhid verib. 1990-cı il yanvarın 20-də də Azərbaycan xalqı mübarizəyə qalxdı, tankların qarşısına çıxdı. Bu torpaqlar qanla suvarılıb. Bütün şəhidlərin qarşısında baş əyirəm".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar