Jurnalistlər üçün tikilmiş binada mənzillərin kupçası 2 ildir niyə verilmir? – Komitədən açıqlama

Prezident İlham Əliyevin sərəncamı ilə Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş 2-ci binanın istifadəyə verilməsindən 2 il ötsə də, hələ də həmin binadakı mənzillərin kupçaları jurnalistlərə verilməyib.

Strateq.az xəbər veirr ki, məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, 22 İyul – Mətbuat Günü mənzillərin kupçalarının jurnalistlərə paylanılmasına təşəbbüs olub: “Lakin istismarla bağlı sənədlərdə ləngimə var. Əmlak Komitəsi kupçaların verilmə prosesinə tam hazırdır. Müvafiq istismar sənədləri hazır olan kimi, elə binanın həyətində ünvana qeydiyyat xidməti göstərməyə hazırıq. Bu barədə komitə sədri də müvafiq tapşırıqlar verib”.

635x100

Şərhlər

Bashirov Qarib 2019-07-15 15:20:24

Jurnalistləri nəzarətdə saxlamagın ən asan yolu kupçaların verilməməsidir.Bu halda onlar sədaqətlə qulluq edərlər.Yoxsa onlar duzunu yazmaga cəhd edərlər ki, bu da dövlətçiliyimizə ziyan olar.

Son yazılar