DÖVLƏT SƏRHƏD XİDMƏTİ MƏLUMAT YAYDI – Əsgərin silahı qaytarılıb…

Dərc olunub: 15/07/2019 - 16:02

66610696_360326161263796_7708962604030361600_nDövlət Sərhəd Xidməti Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Keşikçidağ” sahəsində baş vermiş insidentlə bağlı açıqlama yayıb.

“AzPolitika”nın məlumatına görə açıqlamada deyilir:

“14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilmişdir.

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılmış və DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilmişdir.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilmiş, baş vermiş hadisə birgə araşdırılmış, gələcəkdə bu ki­mi hal­la­ra yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edil­mişdir.”








loading...


Fikrinizi bildirin