Dünya çempionunun döydüyü vətəndaş ədalətsizlikdən şikayətlənir - "Bu hökm araşdırılmalıdır"

Keçmiş kürəkəni tərəfindən ölümcül döyüldüyünü, beşbarmaqla vurulduğunu deyən Dilbazi Bəhruz Museyib oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün Məhrəmə-Hüquq Şurasında araşdırılmasını istəyir.

Bu barədə Gununsesi.org-a danışan Bəhruz Dilbazi deyib ki, idmançı Ehram Məcidov tərəfindən törədilmiş bu ağır cinayətlə bağlı olan ədalətsiz araşdırma onu və ailəsini dərin mənəvi iztiraba sövq edib: “Bakı Ağır Cinayətlər məhkəməsi işi ədalətsiz və tərəfli formada araşdırdı. Proses tamamilə ədalətsiz formada həyata keçirildi. Bu ədalətsizliklə bağlı bir çox ali qurumlara şikayətlərimi təqdim etmişəm. Bu günlərdə eyni məzmunlu şikayətimi Apellyasiya Məhkəməsinə də təqdim etdim. Hüququn aliliyinə olan inamımıza əsaslanan fəaliyyətimiz bu cinayətin Məhkəmə Hüquq Şurası tərəfindən ədalətli qərar qəbul edilməsini xüsusi nəzarətə götürməsi yönündədir”.

Zərərçəkmişin vəkili Ceyhun Yusifov da saytımıza açıqlamasında birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmadığını və hökmdən apellyasiya şikayəti verdiklərini deyib.

Xatırladaq ki, Ehram Məcidov 5 qat dünya çempionudur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar