«Qanuni oğru» Şişkan saxlanılıb - Moskva ətrafında

Moskva ətrafında, Ramensk rayonundakı bağ evində Şişkan ləqəbli kriminal «avtoritet» saxlanılıb.

Rusya Federasiyası İstintaq Komittəsinin (RF İK) rəsmi nümayəndəsi Svetlana Petrenkonun verdiyi xəbərə görə, «Qanuni oğru» Oleq Şişkanov 2012-ci ildə Ramensk rayonunda qanunverici məclisin deputatı Tatyana Sidorovanın və qohumlarının oğurlanmasında və öldürülməsində günahlandırılır.

Şişkanov İstintaq Komitəsinin və Federal Təlükəsizlik Xidmətinin (FTX) əməkdaşları tərəfindən saxlanıb.

Bu gün, bundan bir qədər əvvəl xəbər verildiyi kimi, Lübetsidə polislər kiriminal avtoritetlərin «yığıcağı»nın qarşısını alıblar.

Əməliyyat zamanı "Ded Xasan" kimi tanınan mərhum Usoyanın nəvəsi, bir azərbaycanlı samboçu və 30-a yaxın digər kriminal da saxlanıb.

Məlum olduğu kimi, bir nömrəli «qanuni oğru» "Şakro Molodoy" həbs olunandan bir qədər sonra Oleq Şişkanov onun varisi elan olunmuşdu.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar