“İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir” - Britaniya XİN başçısı

“İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Ceremi Hant iyulun 15-də Brüsseldə Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının İranın nüvə probleminə həsr edilən toplantısından əvvəl bildirib.

“Biz yaranmış fürsətdən istifadə edərək İranın nüvə problemi ilə bağlı müqaviləni qorumalıyıq”, - deyə nazir vurğulayıb.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib ki, İranın müqavilədən mərhələli şəkildə çıxması ABŞ-ın səhv qərarına cavab oldu”.

Qeyd edək ki, İranın Atom Ernejisi Təşkilatının mətbuat katibi Bəhruz Kamalvənd iyulun 15-də deyib ki, Tehran 2015-ci ilədək mövcud Vyana razılaşmasınadək olan dövrə tamamilə qayıda bilər.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar