Saakaşvili Moldovanın Baş Naziri postundan imtina etdi

Dərc olunub: 15/07/2019 - 20:48

291820_res_01Gürcüstanın eks-prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Moldova Baş Naziri Maya Sandunun Kişinyovdakı “islahatçılar komandasına başçılıq etmək” təklifindən imtina edib.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o bunu canlı yayım zamanı bəyan edib.

“Hələ onun sələfi və onun bəzi yoldaşları da mənə, hətta Moldovanın Baş Naziri olmağı belə təklif etmişdilər. Mən bu təklifə belə cavab verdim ki, mən dəvət əsasında çalışan Baş Nazir deyiləm. Moldovanlara hörmət edirəm, lakin mən oğrularla elə yaşadığım yerdə mübarizə aparacağam”, – o qeyd edib.

M.Saakaşvili deyib ki, “onun komandasından olan uşaqlar”, həqiqətən də, Kişinyova gedə bilərlər, lakin o, Kiyevdə qalaraq, Ukraynadakı siyasi mübarizədə iştirak etməyi üstün tutur.








loading...


Fikrinizi bildirin