“GÜRCÜSTANA SONUNCU XƏBƏRDARLIQ OLUNMALIDIR!” – “Həbs olunmalıdırlar”

“Düşünürəm növbəti belə təxribat olarsa sərhəd pozucuları həbs olunmalı, barələrində cinayət işi başlanmalıdır. Ermənilərə münasibətdə buraxdığımız səhvləri təkrar etməməliyik”.

“AzPolitika.info”nun məlumatına görə, Gürcüstanla sərhəddə yaşanmış bugünkü insidentə münasibət bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev belə deyib. Partiya sədri moderator.az-a açıqlamasında bu barədə danışıb.

Q.Həsənquliyev qeyd edib ki, bizim səbrli davranışımız zəiflik kimi qiymətləndirilir. “Cəsarətli mövqe ortaya qoya bilməsək, gələcəkdə daha böyük problemlərlə üzləşəcəyik. Ermənilər azərbaycanlıları qovanda biz qardaşlıqdan danışırdıq. Ağıllılar başqalarının, sadə insanlar öz səhvlərindən nəticə çıxarırlar. Böyük gücləri bəhanə edib qorxaqlıq etməməli, sərt tədbirlər görülməsini tələb edənləri isə qızışdırıcılıqda və populizmdə ittiham etməməliyik. Gürcüstana sonuncu xəbərdarlıq edilməlidir. Düzgün nəticə çıxarılmasa, birtərəfli qaydada sərhəd mühafizə istehkamlarının tikintisinə başlanılmalıdır”.

Şərhlər

Asif 2019-07-15 21:25:26

Xəbərdarlıq etməyə nə gürcüyə nə də erməniyə cürət çatmır.

Mirzə 2019-07-15 21:25:26

Görürlər ki 26 ildir torpağı ermənidən almaq marağında deyillər. Pul vəzifə marağındadırlar. Deyirlər bir az da biz torpaq alaq. Onsuz da istəyən də verirlər. Sonra heç istəmirlər də.

murad 2019-07-15 21:25:26

BU NƏ XƏBƏRDİ OXUYURUQ ALLAH .ƏSGƏRİN SİLAHINI GÜLLƏLƏRİNİ ƏLİNDƏN ALIBLAR HƏMDƏ TƏHQİR EDİBLƏR.HƏR BİR SƏRKƏRDƏNİN GENERALIN ƏSGƏRİ ONUN ÖZÜNƏ OXŞAYİR.NƏCÜR GENERALIMIZ VARSA ELƏDƏ ƏSGƏRİMİZ VAR.BU HADİSƏ GÜRCÜSTAN ƏRAZİSİNDƏ BAŞ VERSƏ NƏTICƏSİ TAM BAŞQA BİR ŞEY OLARDI ƏN AZINDAN ÜÇ BEŞ ÖLÜMÜZ OLARDI VƏ GÜNAHKARDA BİZLƏR OLARDIQ.TAM ƏMİNLİKLƏ DEYİRƏM YUXARIDA OTURANLARI MƏMURLARI GENERALLARİ HEÇ BİR VƏTƏN TORPAQ NAMUS QEYRƏT MARAQLANDIRMIR ONLARİ YALNIZ OZ MƏNAFELƏRİ MARAQLANDIRIR.

гачгын 2019-07-15 21:25:26

давайте учиться на чужих ошибках--репертуар своих слищком однообразен,

omer 2019-07-15 21:25:26

Muellim sizin sozunuzden bele cixirki sade insanlar agilli deyirler?sizi secenler sade insanlar deyil beyem?

ГАЧГЫН 2019-07-15 21:25:26

Есть несколько способоВ справиться с искушением; самый верный из них----ТРУСОСТЬ, (не обижайт.это так в общих чертах)

Azəri 2019-07-15 21:25:26

millət çıxıb torpqlarını qorumalıdır. Yoxsa bizi bu torpaqda qovacaqlar. Hökmət də qorxur hamıdan. Millət birləşib bütün xarici və daxili düşmənlərimizdən vətənimizi qorumalıdır.

Əli 2019-07-15 21:25:26

Burada hamı yaza bilər ki mən də varam.Partiya sədrisən çıxart partiya üzvlərivi mitinqə tələb et görək nə edə bilirsən Elə hamınız danışırsınız

Son yazılar