Bağdadda terror aktları nəticəsində iki nəfər ölüb

İraqın paytaxtı Bağdadın cənub-qərbində yerləşən Əl-Maalef rayonunda iki partlayış nəticəsində 2 nəfər ölüb, 20-si yaralanıb.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bununla belə, "Al-Arabiya" telekanalı qeyd edir ki, partlayışları kamikadzelər törədib və onların məqsədi Bağdadın cənubundakı məscid olub.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar