Qazaxda VAZ avtomobili 12 yaşlı oğlanı vurub öldürdü

Qazax rayonunda azyaşlı piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Daş Salahlı kəndində baş verib.

Rayonun Çaylı kənd sakini Qocayev Etibar Rəşid oğlu idarə etdiyi "VAZ 21154" markalı 20-DU-445 dövlət nömrə nişanlı avtomobillə Daş Salahlı kənd sakini, 2007-ci il təvəllüdlü Aqrayev Məhəmməd Vüqar oğlunu vurub.

Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi başlanıb.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar