Sabirabad bazarında iki mağaza yandı

Dərc olunub: 16/07/2019 - 09:43

yanqBu gün səhər saatlarında Sabirabad rayonunun mərkəzi bazarında yanğın baş verib. Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, bazarın girişində yerləşən, rayonda ən böyük ticarət şəbəkəsi olan “Əmin market”in mərkəzi ofisinin yerləşdiyi anbardan başlayan yanğın qısa vaxt ərzində ətrafdakı 5-6 mağazaya da keçib.

Yanğınla bağlı elan edilmiş çağırışla Sabirabad və ətraf rayonların yanğınsöndürənləri hadisə yerinə cəlb edilib. Hadisə yerinə gəlmiş yanğınsöndürənlər tərəfindən alov lokallaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində rayonun ən böyük ticarət şəbəkəsi olan “Əmin Market”in bir mağazası və “Çıraq Market” yanıb. Yanğının ətraf ərazilərdəki ticarət obyektlərinə keçməsinə imkan verilməyib.

Hadisə nəicəsində hər iki ticarət şəbəkəsinə külli miqdarda ziyan dəyib.

Hazırda Sabirabad rayonunun rəhbərliyi də hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin