Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən azad edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov işdən çıxıb.

Nazirliyin şöbə müdiri Fazil Talıbov APA-ya xəbəri təsdiqləyib.

Onun sözlərinə görə, E. Cəfərov başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən ayrılıb. Onun yerinə hələlik təyinat olmayıb.

635x100

Şərhlər

fuad 2019-07-16 10:57:30

Havayı yeyənlərin sayı 1 nəfər azaldı- hələlik.

Son yazılar