“BU HADİSƏNİN SİFARİŞÇİLƏRİ RUSİYADAKI ERMƏNİYÖNLÜ QÜVVƏLƏRDİR” - Tofiq Zülfüqarov 

Dərc olunub: 16/07/2019 - 17:38

tofiq_zulfuqarov212“Hazırda feysbukda çoxları provokatorlara atəş açmayan sərhədçi haqqında qəzəbli statuslar paylaşır. Hesab edirəm ki, o, tamamilə doğru hərəkət etdi. Belə ki, bu provokasiya genişmiqyaslı konfliktin alovlandırılması üçün istifadə ediləcək qurbanın yaradılmasına hesablanmışdı”.

“AzPolitika”nın məlumatına görə, bu fikri  öz feysbuk səhifəsində Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov paylaşıb.

Tofiq Zülfüqarov daha sonra qeyd edib ki, ermənipərəst “Reqnum” agentliyinin onun mövqeyini dərc etməməsi də, baş verənlərin provokasiya olduğunu göstərir: “Mənə “Reqnum” agentliyindən zəng etdilər və yaranan situasiyanı (Keşikçidağla bağlı – red.) şərh etməyimi xahiş etdilər. Müsahibəmdə dedim ki, yaranan situasiyadan faydalananlar və bəlkə də onun sifarişçiləri ermənilər və Rusiyadakı erməniyönlü qüvvələrdir. Onların hədəfi isə Azərabycan üçün Gürcüstandan “ikinci cəbhə”nin açılışıdır”.

“Türkiyə, Gürcüstan və Azərbaycanın strateji tərəfdaşlığı çoxlarını narahat edir. Gözlənildiyi kimi, “Reqnum” açıqlamanı çap etməkdən imtina etdi. Ona görə də mənim məsləhətim emosiyaları kənara qoyub, bunun kimə faydalı olacağını düşünmək və provokatorların tələsinə düşməməkdən ibarətdir. Əsgərə isə halaldır”, – deyə o bildirib.

 








loading...


Fikrinizi bildirin