"ÖLKƏ POÇTUNU TƏNƏZZÜLƏ UĞRADACAQ TƏXRİBAT PLANI HAZIRLANIR..." - Baş direktora qarşı ŞOK ittihamlar

““Azərpoçt” MMC-nin baş direktoru Əfəndiyev Emin Ramiq oğlunun qeyri-peşəkar idarəçiliyi, apardığı struktur islahatları poçt rabitəsinin inkişafına deyil, Azərbaycan poçtunun məhvinə xidmət edir. E.Əfəndiyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, öz şəxsi maraqları naminə rəhbərlik etdiyi “Azərpoçt”u məhv edir".

Bu barədə rabitə sektorundakı mənbənin “AzPolitika.info”-ya göndərdiyi növbəti məktubda söhbət açılır.

Məktubda qeyd olunur ki, qurumun rəhbərliyi bu gün qeyri-leqal yollarla, kriminal aləmlə əlbir olaraq dövlətə məxsus külli miqdarda pul vəsaitlərini ölkədən çıxarır: “Bu da öz növbəsində xərclərin balansına, manat və xarici valyuta ehtiyatlarına ağır zərbə vurur”.

Emin Əfəndiyevin vaxtilə müxtəlif banklarda işlədiyini xatırladan mənbə onun “Azərpoçt” MMC-də də ətrafına bank sektorundan gətirdiyi kadrları yığdığını bildirir: “Emin Əfəndiyev ölkənin milli poçt operatoru "Azərpoçt" MMC-yə baş direktor postuna təyinatından bir müddət sonra əlaltılarını, bank işbazlarını - Emin Kərimlini, Fərid Həşimovu, Nüşabə Gözəlovanı və başqalarını rəhbərlik etdiyi qurumda yüksək vəzifələrə təyin etdi…

Məktubda bu şəxslərin işlədikləri banklarda da qanunsuz əməliyyatlarda iştirakla “ad-san” qazandıqları bildirilir. Əvvəlcə Emin Əfəndiyevin fəaliyyəti ilə bağlı məlumat verilir: “Baş direktorun çalışdığı strukturlardakı fəaliyyətinə nəzər salaq. Emin Əfəndiyev 2004-2009-cu illərdə AZAL SKB İdarə Heyətinin sədrinin müavini olub. 2009-2015-ci illərdə isə "Kapital Bank"da filial müdiri vəzifəsində çalışıb. 2015-2018-ci illərdə "Bank MBA"–da, yəni Moskvada yerləşən Azərbaycan Beynəlxalq Bankının Rusiya Federasiyasındakı törəmə  strukturu olan "Azərbaycan Beynəlxalq Bankı - Moskva"nın ("ABB-Moskva") İdarə Heyətinin sədri vəzifəsində işləyib”.

Mənbənin yazdığına görə, “bankir” Emin Əfəndiyev bank sektorundakı 14 illik fəaliyyətində özünün “prinsipləri”, “idarəetmə üsulu” ilə fərqlənib: “Hələ “Kapital Bank”da işlədiyi dövrlərdə yaratdığı problemlər, itkilər, sovet dövrü əmanətlərinin qaytarılmasındakı maxinasiyalara görə Emin Əfəndiyevin hansısa vəzifəyə təyin olunacağı mümkünsüz hesab edilirdi. Ancaq hansısa yollarla "ABB-Moskva"nın rəhbərliyinə təyinat aldı. O da Beynəlxalq Bankın Moskva filialına təyinatından sonra illərlə yaradılmış menecmenti dağıdaraq, yalnız şəxsi yaxınlıq prinsipləri ilə savadsız adamları işə götürdü. Nəticədə, həmin qurumu düşdüyü ağır vəziyyətdən çıxarmaq mümkün olmadı”.

Mənbə yuxarıda adları sadalan “bankirlərin” dövlət sərmayəsi ilə qurulan bank sistemində yaratdığı şəbəkələr barədə də məlumat verib. Onun bildirdiyinə görə, bir vaxtlar - 2009-cu ildən 2015-ci ilə qədər “Kapital Bank”ın 1 saylı filialının direktoru olmuş Emin Əfəndiyevin çox ciddi şəbəkəsi var: “İşlədiyi dövrlərdə həmin dəstə üzvləri ilə əlbir olub "qara bazar"da valyuta satışını, qanunsuz yolla saxta sənədlər təşkil edərək bank əməliyyatlarını həyata keçirirdilər.

Emin Əfəndiyevin "ABB-Moskva"dan uzaqlaşdırılmasının səbəbi də onun keçmiş sovet təcrübəsini yeni iş yerinə daşıması və həyata keçirdiyi uğursuz əməliyyatlarla banka böyük zərbə vurması olub”.

Bu istiqamətdə ciddi araşdırma aparılmasının vacibliyini vurğulayan mənbə Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin məhkəmə prosesində dindirilən zaman bankın Moskva filialında baş verənlərlə bağlı dediklərinin önəmli olduğunu qeyd edir. Bildirir ki, C.Hacıyev məhkəmədə məhz səriştəsiz kadrların qısa müddət ərzində ABB-nin Moskva filialının sonuna çıxdığını bəyan edib: “Söhbət bankın ondan sonra təyin edilən rəhbəri Emin Əfəndiyevdən gedir. İndi “Azərpoçt”un baş direktoru Emin Əfəndiyev ictimaiyyətə açıqlama versin ki, nəyə görə dövlət adından təyinat alan Beynəlxalq Bankın Moskva filialının rəhbərliyi barəsində "çirkli pulların yuyulması" ittihamı var?

Xatırladım ki, ABB-nin Moskva filialı 2001-ci ilin yanvarında yaradılıb, onun ilkin nizamnamə kapitalı 2,11 milyard rubl təşkil edib. Bankın yeganə təsisçisi və sahibi Azərbaycan Beynəlxalq Bankıdır.

Rusiyadan Azərbaycana həyata keçirilən pul köçürmələrinin yarısından çoxu Beynəlxalq Bankın Moskva filialı vasitəsilə aparılırdı. Bu köçürmələrin ümumi illik həcmi Rusiyadakı böhrandan əvvəl 120 milyon dollardan çox olub. Rusiya hüquq-mühafizə orqanlarının əməliyyat keçirməsi nəticəsində ABB-nin Moskva filialı “Cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 15.27-ci maddəsinin 1-ci hissəsini pozmaqda günahlandırılıb.

Bu qanun pozuntusuna görə bank inzibati məsuliyyətə cəlb edilib və ona rəsmi xəbərdarlıq olunub. Rusiya Mərkəzi Bankı ABB-nin Moskva filialını çirkli pulların yuyulması haqda qanunu pozmaqda ittiham edib. 2016-cı ilin sonlarında Rusiya və Azərbaycan mətbuatında “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Moskva filialının “çirkli” pulların “yuyulmasın”da ittiham olunması barədə xəbər yayılımışdı.

Həmin məlumatlara əsasən, Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları araşdırma apararkən bankın fəaliyyətilə bağlı bir sıra qanunsuzluqlar aşkarlayıblar. Araşdırma nəticəsində üzə çıxarılıb ki, bank cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması, “çirkli” pulların “yuyulması”, terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəyə dair qanunlara əməl etmir.

Həmçinin eyni adamların yaratdığı “birgünlük” şirkətlər vasitəsilə ölkədən böyük həcmdə vəsaitlər çıxarılıb. Həmin pul köçürmələri də ABB-nin Moskva filialnda gerçəkləşdirilib.

Bununla bağlı Moskvadan Azərbaycan Mərkəzi Banknın rəhbərliyinə göndərilən məktubda xahiş olunurdu ki, “Azərbaycan Beynəlxalq Bankı-Moskva” ya vəzifə öhdəlikləri, o cümlədən çirkli pulların yuyulmasını əngəlləyən qanunlara əməl olunmasının vacibliyi xatırladılsın, şübhəli əməliyyatlar haqda hüquq-mühafizə orqanlarına məlumat verilsin”.

Mənbə Emin Əfəndiyevlə bağlı

Emin Əfəndiyevin daim öz maddi imkanlarını ön plana çıxardığını, insanları özündən asılı vəziyyətdə saxlamaqdan həzz aldığını iddia edən rabitəçi belə bir adamın “Azərpoçt” kimi böyük bir qurumda baş direktor saxlanılmasının yolverilməz olduğunu bildirir: “Rabitə sahəsi dövlətin bel sütunudur. Son illər rabitəyə qeyri-peşəkar kadrların gətirilməsi, rabitə sahəsini iflic vəziyyətinə salıb... Sovetlər dönəmində dövlət əmlakını talan edən şəxsi, heç vaxt maddi-məsul vəzifəyə təyin etməzdilər. Əfsuslar olsun ki, “Azərpoçt”un əsas vəzifəli şəxsləri, işlədikləri əvvəlki idarədə və müəssisələrdə maliyyə pozuntusuna yol verən və adları talançılıqda hallanan şəxslərdir. Belə işçilərin çoxçeşidli bir xidmət sahəsinə vəzifəyə təyin olunmaları sözün əsl mənasında adamda böyük suallar yaradır. Bu proses hansı “qara qüvvələr” tərəfindən idarə olunur? Ölkə iqtisadiyyatını talan etməsi, dövlətçiliyə vurulan zərbələr kimlərin sifarişidir?

Məlumatlara görə, vaxtı ilə Azrbaycan dövlətini talayan cinayətkar məmurlar Gürcüstanda, Avropada hakimiyyətə qarşı çıxan qrupları maliyyəlşdirir, poçt vasitəsi ilə Gürcüstana pullar göndərirlər”.

Sonda rabitəçilərin adından Prezident İlham Əliyevə, hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət olunur: “Cənab Prezident, xilas edin bizi bu quldur dəstəsindən! Atanızın göz bəbəyi kimi qoruduğu iki əsrlik tarixi olan Azərbaycan poçtunu, əməkdar rabitəçiləri qoruyun… Səsimizə səs verin, Cənab Pezident”.

Məktubda yer alan iddialarla bağlı “Azərpoçt” MMC-nin, eləcə də adları çəkilən şəxslərin hər birinin mövqeyini işıqlandırmağa hazırıq.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Şərh yazan Vətəndaşa 2019-07-16 20:21:21

Ona görədə Vətəndaşların haqlı müraciətlərinə əməl edilmir..? Vətəndaşı dövlətdən narazı salan .... hamısı yüksək vəzifələrə təyin olunublar ? rəsul Bayramovun yüksək vəzifədə işləməsi, Qanunlarımıza ən azından hörmətsizlikdir.....?

Vətəndaşa 2019-07-16 20:21:21

Əli Abdullayev Kərəmin şöbə və idarə rəisi işləyib, əlbbətdəki Əli kimi bəlanı Kərəm nəsib edib biz yetim kimsəsizlərə, Kərəmdə bunu tək etməyib, xususi villaların hesabına, zamanı gələr Rabitəçilərdə həmin villalarla tanış olarlar.

Arif Əliyev 2019-07-16 20:21:21

Hörmətli rabitəçilər, biz ədalətli mübarizəmizi davam etmək üçün, Prezidentimiz İlham Əliyev Cənabları ilə görüşməliyik, bu yolda yalnız ölkə başçımız bizə kömək edə biləcək, ən azından həqiqətin araşdırılmasında, bizə yardımçı olar, mənim işim indi Apelasiya məhkəməsidədir, artıq bunların kimliyi və kimlərin himayəsində olduğunu tam bilirəm, ona görədə sizə yazıram, bizə bu işdə yalnız Prezidentimiz yardımçı ola bilər.Bir-birimizlə əlaqa saxlayıb Prezidentin qəbuluna getməliyik.

Vətəndaş 2019-07-16 20:21:21

Əvvəla Azpolitika saytının rəhbərliyinə,bu məqalələrin saytda işıqlandırılmasında əməyi keçən jurnalistlərə bizim kimi kasıb haqqı çeynənmiş təbəqənin fikirlərini saytda işıqlandırılmasına şərait yaratdıqları üçün dərin təşəkkürümü bildirirəm.AzPolitika oxuduğum saytların içində ən sanballi KİV-dir. Qaldıki Rəsul Bayramovun azərpoçtdan getməsindən əlinizi üzün.Çünki R.Bayramovun yeznəsi gəncənin keçmiş ih Elmar, Kərəm Həsənovla qudadır.Kərəmdəki Nazir müavini Ə.Abdullayevlə səhv etmirəmsə qohumdurlar. Yəni hər 2si Cəlilabadın Pokrovka kəndindəndirlər.ona görədə Rəsula azərpoçtda güldən ağır söz deyən yoxdur..

Düz söz 2019-07-16 20:21:21

Azərpoçta rəhbərlik edənlərdən biridə baş direktor müavini Rəsul Bayramovdur....? Azərpotdan inkişaf gözləmək olarmı, əlbəttə yox ? Azərpoçtu belə ,şəxsi maraqlarına üstünlük verən kadrlardan təmizləmək lazımdır.....?

İ.Mustafaoğluna 2019-07-16 20:21:21

Oxşayır ölkəmizdə sadə və səmimi insanlara yer yoxdur!

İ.Mustafaoğlu 2019-07-16 20:21:21

Mən bir vətəndaş kimi, bir peşəkar rabitəki kimi bilmək istəyirəm, Rabitə Nazirliyində hökm sürən özbaşnalığa nəyə görə son qoyulmur ? Onarı kimlər müdafiə edirlər ? Onların məqsədi vətəndaşı dövlətdən narazı salmaqdır....Rabitə Nazirliyində köklü kadr islahatarı aparılmalıdır, çünki rabitə səmimi insanların sahəsidir... Aidiyyatı qurumların Rəhbərlərindən xahiş edirəm,vətəndaşı dövlətdən narazı salan məmurlar haqqında ciddi tədbirlər görülməlidir Ki, başqaları özləri üçün ibrət dərsi götürsün.....

Rabitəçi 2019-07-16 20:21:21

Emin Əfəndiyev Azərpoçta Baş direktor vəzifəsinə təyin olunduqdan sonra, Şəki Kolxoz Bazarı ilə üzbə-üz pul qazanmaq məqsədi üçün Poçtun Agentlik şöbəsi açıldı. açıldığı gündən bir manatda olsa əhaliyə ənənəvi xidmət göstərilməmişdir. Heç poçt qutusuda qoyulmamışdır. Agentiliyin məqsədi, şəxsi maraqlar naminə pul qazanmaq...dollarla---manatın mübadiəsini aparmaq..Şəkinin elə kəndləri var 10 minə yaxın əhalisi var,ancaq poçt şöbəsi yoxdur.Agentliyin 100-metr yaxınlığında poçt şöbbəsi var. Rabitə-bazara dönüb

Rabitəçi 2019-07-16 20:21:21

Rabitə Nazirliyində özbaşnalıqların hökm sürməsi,cəzasızlıq mühitinin yaranmasından baş vermişdir........

Raitəçi 2019-07-16 20:21:21

Rabitə Nazirliyində qanunlarımızın işlək vəziyyətində olmamasından xəbər verir ? Biz hara gedirik ? Rabitə Nazirliyində heç vaxt belə acınacaqlı,dözülməz hal,qanunsuzluqlar olmamışdır,,,? Onların belə hərəkətləri vətəndaşın dövlətə olan inamına böyük zərbə vurur...... Biz dövlətimizi qəlbən istəyiriksə,gəlin dövətimizə,xalqımıza sədaqətlə xidmət edək,təhrif olunmuş danışıqlardan əl kəçək.....

Rabitəçi 2019-07-16 20:21:21

Artıq Azərpoçtdakı neqativliklər nazirliyin iki böyük qurumunda təkrarlanır, həmin qurumların rəhbərliyinin namizədliyini kənardan hansı məmurların verilməsini sizə mütləq yazacağam, həmin məmurlardan biri özünü xalqın qarşısında peyqənbər övladı kimi təqdim edir.Söz gəzir nazirliyin qurumların rəhbərliyindən biri, ikinci nigahından olan xanımı, həmin özünü peyqənbər övladı sayan məmurun tayfasındandır.Əvəlcə şöbə rəislərini, sonrada mütəxəsislərdən adi işçilərə qədər, islahatlar adıyla yola salırlar.

Neriman 2019-07-16 20:21:21

Bunlar arawdirilmalidir. Ermenilernen elbir olkesine qarshi xainlik edenler cezalarina catsinlar.

Arif 2019-07-16 20:21:21

Samuray qağamıza-Ağdam faciyəsinin qırxı cıxmamış, Salyan faciyəsi baş verdi, davam edir "Otuz yeddi"Allah Xəlil Rzanı rəhmət eləsin, yəni belə hallar tez-tez olur, qətiyən narahat olmayasınız və əsəbləşməyəsiniz, yaxşı olar İnşallah!

Kamil Babayev 2019-07-16 20:21:21

samuray düz deyir heç özünüzü yormayın bu Emin Əfəndiyevin yoxlamalar ittihamlar heç vecinə deyil o əvvəldən Ramin Quluzadənin kürsüsünə iddialıdır xəyallarını heş gizlətmir.Bu söhbətləri bütün NRYTN bilir

samurayə 2019-07-16 20:21:21

Yazırıqki, sizlər kimi əsəbləşmiyək!

samuray 2019-07-16 20:21:21

heç özünüzü yormayım.Əsəbləşmək özunuzeqalacaq

Paşayev Gündüzə 2019-07-16 20:21:21

Ardı- yosa sən ixtisar etdiyin bütün işçilər köhnə peşə sahibidirlər, sual edəndə niyə təzə gələnlər ixtisara düşmür, deyirlər burasını möhtərəm nazir və 1-ci müavinindən soruşun,indi gəl bunları tap və soruş ay tapdın haaa. Son olaraq mənim ixtisarıma gəldikdə dediyiniz səbəblər əsassızdır özünüz və bütün rabitəçilər bilirlərki Ərdəbildənəm bayrağ məsələsidə inandırıcı deyil, bunlar üçün müqəddəs saxta alverdən pul qazanmaqdır, mən bilirəm niyə ixtisar edilmişəm, bunun üçün səbirli olaq hər şey aydın olar.

Paşayev Gündüzə 2019-07-16 20:21:21

həmin insanlar çalışırlarki olan qalan rabitə müəssələrini asanlıqla özəlləşdirsinlər, buna görədə, ölkədə aparılan islahatların adıyla möhkəm alver edirlər, mən dəfələrlə yazmışam, rabitədə islahatlar aparmaq vacibdir, özəlləşmə ondanda çox vacibdir, amma belə sovet sisteminin alverçiləri sayağı yox, sivil qaydada, ölkənin qanunları çərçivəsində, yoxsa 200-dən çox işçi götürəndən sonra elə o qədərdə köhnə rabitəçiləri ixtisar adıyla işdən çıxardırsan, ixtisar zamanı staj təcrübə, təhsil məsələləri vacibdir

Paşayev Gündüzə 2019-07-16 20:21:21

yerli icra hakimiyyətiylə, əmlak komitəsilə əlaqa yaradıb rabitənin əksər sahələrini qanunsuz özələşdrdilər, adi bir misal binaların birinci mərtəbəsində 500km poçt yerləşirdi indi bir neçəsində təmamilə kənar yerə köçürüblər bir neçəsidə cəmi 30-50km sahəyə sıxışdıeıb saxlayıblər qalan hissələrini qeyri qanuni yollarla dükan açıblər onların əksəriyyətinin bu gündə qanuna söykənən sənədi yoxdur əksəriyyəti saxtadır məhəz buna görədə marağlı quvvələr Əli Abdullayevin namizədliyini bu nazirliyə verdilər ardı

Paşayev Gündüzə 2019-07-16 20:21:21

həmçinin telfon qovşağlarıda bü cür çirkin oyunlar gedib, bunun əsas səbəbi qeyri rabitəçiləri həmin bu sahələrə rəhbər təyin etməsinin nəticəsində baş verirdi, heç şübhəsizki bunlara daxildən zuy tutan satqın rabitəçilərdə az deyildi, əmlakın işçiləri daim bizə təklif edirdilərki, filan poçtun ərazisi sizə çoxdur, məktub yazın yarısını sataq sizə hörmət olacaq belə tamahlığa gedənlərdə az deyildi, poçtların əksəriyyəti mərkəzi yerlərdə olduğundan kamersantların marağ dairəsində idi, bunun üçündə onlar ardı

Paşayev Gündüzə 2019-07-16 20:21:21

Mən belə deməzdim, hörmətli həmkarım! Bilirsiniz, Azərpoçtun məhkəmə işlərində mütəxəsis kimi iştrak edirdim, bu zaman mən şahid oldumki, Bakı şəhərində 150-dən çox olan poçtların, 98%-ni qeyri qanunu yollarla özəlləşdiriblər, beləki əmlaka aid olan bu poçt şöbələrinin əksəriyətini yerli icra hakimiyətin razılığ məktubu ilə özəlləşib, heç şübhəsizki əmlakın razılığı ilə və mən də bu haqda kifayət qədər subutlar var nəticədə dövlət büdcəsinə ödənməli vəsaiti kənarləşdırıblar.Bu təkcə poçtlarda deyil ardı

Paşayev Gunddüz 2019-07-16 20:21:21

Əziz həmkarım Arif Əliyevə sənə olan 1- ci haqsızlığın səbəbini cox marağında idim.Niyə görə sən.Deyirdim peşəkarlığına görə və ya cənub bölgəsindən olduğuna görə amma indi bu yazılardan sonra hər şey bəllı oldu.90-cı illərdə dövlətimizin müstəqiliyyi üçun sağlamlığından keçən, canından cox sevdiyin müqqədəs Azərbaycan bayrağını PDM binasından birinci qaldırdığına görə bu manqurtlar səndən Hayıf çıxırlar.Vətənin sevən Azərbaycan dövlətinin daha qüvətli olmasını istəyən hər bir vətəndaş səni dəstəkləyir.

Azərbaycanlı 2019-07-16 20:21:21

Əfəndiyev öz tərəfdaşı Vezirovun köməkliyi ilə ABB-Moskvada öz mövqeyini alıb.Əfəndiyev və Vezirovun dəstəyi ilə erməni maliyyə qrupu ölkəmizdən pul alıb,Əfəndiyev E.Məmmədovun şübhəli iş layihələri üçün erməni realtorları ilə şübhəli əlaqələrə girir, zəmanət verir və kreditlər verib nə bilmək olar,belkədə hazırda Vəzirovla yenə işbirliklərini davam etdirir.Azərpoçtun pullarınıda Əfəndiyev erməni dığalarına yedizdirir....

Eli 2019-07-16 20:21:21

Bir rabiteci kimi mende deye bilerem ki cox berbad veziyyetdedir azerpoc mmc nin poct sobeleri emeliyyatcilar emek haqqlari 184 manat reyis 247 manat Niye gore yaranan sebekelerde emeliyyatcilar 380 manat emek haqqi alir reyisderi 600 manat alir ama poct sobelerinde 184 ve 240 manat alorlar bu qeder ayri seckilik bir qurumda harda gorsenib buna son qoyulmalodir Cenab prezident bunlari gormelidir

Vətəndaş 2019-07-16 20:21:21

Ona görədə R.Quluzadənin qəbulunda olandada Ə.Abdullayevin imzasıyla cavab məktubu göndərilir .AR.vətəndaşların müraciəti və qəbulu haq.qanunun 9 cu bəndini kobud surətdə pozaraq,Hər dəfədə 8 ci maddə əsas gətirilir.Guya vətəndaşın müraciərin şəxsən nazirlik özü araşdırlb.Halbuki 8 ci maddədən anlayışları belə yoxdur.bir sözlə hansı daşı ,.qaldırırsan altından Ə.Abdullayev çıxır.

qarabaqli 2019-07-16 20:21:21

ebdurrehman vezirovla, ermenilerle iw birliyi olan milli satqinlarin , ULU ONDERIMIZIN qurub yaratdiqi devletde yuksek vezife tutmaqa ne haqqi var? metbuatdada yazilmiwdi aqdam powt wobesinin reisi intihar etmiwdi, buna sebeb ise wobede limitden artiq qalan 30 min manat pulun oqurlanmasidir.ele olur ki 2-3 gun yiqilan pullar sisteme oturmur, ancaq kassada pullar inkasasiya olunur baw xezineye cox guman ki sisteme oturmayan kulli miq-a pulu ozleri istedikleri kimin firlatirlar bunlari araedirmaq lazimdir

Rabitəçi 2019-07-16 20:21:21

Bilmək istəyirəm, Emin Əfəndiyevi Azərpoçta Baş direktor vəzifəsinə kim təyin edib................? Nazirlik başda olmaqla köklü kadr islahatları aparılmalıdır...?

ARİSƏ 2019-07-16 20:21:21

Nazir Ramin Quluzadənin nazir təyinatından qabaq nə qədər borcu olduğunu bilsəniz, bəs edər bu nazirin kimliyi! sonradan həmin borclar 1-ci müavini Əli Abdullayev tərəfindən nazirlikdə yaratdığı kadır "İSLAHATLARI" nəticəsində ödəyib. Belənçikdən nazir çıxar?

Əziz 2019-07-16 20:21:21

Rabitəçiyə-- E.Əfəndiyevlə bağlı bundan sonrada nə fakt aşkarlansada Azərpoçtdakı qədər faciyəli ollamaz.

Rabitəçi 2019-07-16 20:21:21

Mən isə elə düşünmürəm Bunlar hamısı düşünülmüş addımlardı bu şəraiti yaradan Azərpoçtun deprtament müdürləridir Hörmətli Emin müəllim deyir DİN nə iş görür zəhmət çəksinlər oğrunu tapsınlar Emin m deyən yoxduki nəyə görə siz qanunsuz olaraq o şəraiti yaratmalısınız ki DİN əməkdaşları da sizin əlbir olduğunuz oğrunu tapmaq üçün əziyyət çəkməlidi.Belə nəticəyə gəlmək olar ki bu işbazların məqsədi tək rabitəni dağıtmaq yox həm də dövlət vəsaitlərinin oğurlanmasına şərait yaratmaqla dövlətə ziyan vurmaqdır...

RABİTƏÇİ 2019-07-16 20:21:21

Hər birinizə səbr diləyirəm Emin Əfəndiyevlə bağlı bir çox faktlar yazılıb amma bu hamısı demək deyil Yəqinki səlahiyyətli şəxslər tezliklə ölçü götürərlər və onun digər çirkin faktlarının üstünün açılmasına ehtiyac qalmaz Bir faktı nəzərinizə çatdırım ki az bir müddətdə poçt şöbələrində heç vaxt bu sayda oğurluq hadisələri olmamışdı Bu isə öz başına olmur onu yaradan səbəblər var...bu səbəbləri adətən yeni rəhbərliyin və kamandasının sərişdəsiz olması işin düzgün qurulmaması və s ilə izah olunur ardı var..

Rabitəçi 2019-07-16 20:21:21

8 nazirlə işləmişəm heç birinin vaxtında indiki qədər xaotik vəziyyət görmədim.İdarəçilikdən ümumiyyətlə danışmağa dəyməz.İdarəçilik artıq 3 ildir ki reysdən çıxıb.Bu nazirliyin idarə olunması Dronların idarə olunmasına oxşayır Sərin otaqda əyləşib pəncərədən çölə baxmaqla vəyaxud hər səhər davamiyyət kitabında imza etməklə kimin vaxtında gəlməsinə nəzarət etməklə idarəçilik olmur.İdarəçilik kəmiyyətlə yox keyfiyyətlə olmalıdır.Keyfiyyət isə göz qabağındadır.Necə deyərlər görünən dağa nə bələdçi..ALLAH səb

Arif Əliyev 2019-07-16 20:21:21

Mən deyərdim bunların özləri həmin vəsaitləri ya birbaşa özləri oğrayıblər, yadə kriminal aləmin əliylə.Amma bütün hallarda qanuna əməl olunmalıdır, polis üçün 1-ci nöbbədə oğrunu tapmaqdır bu başa düşüləndir bəs oğruyə şərait yaradana nə deyirsiz?kim sizə icazə veribki poçtun limitin artıq saxlanılmasına qanunla yox, öz özbaşınalıq (bəlkədə bilərəkdən)prinspilə həyatə keçirəsiniz, qanunla cinayət işində bu məqam mütləq nəzərə alınmalıdr, kimliyindən aslı olmayaraq qanunlarımızı pozanlar cəzalandırılmalıdır

Ardı 2019-07-16 20:21:21

örnək götürmür,vəzifəyə xalqa xidmət vasitəsi yox, şəxsi əmlakı kimi baxır, həmin məmurun cənab Prezidentin dediyi kimi vəzifədə qalmasına mənəvi haqqı yoxdur.Rabitə Nazirliyində düz danışan adamlar təzyiqlərə,təqiblərə məruz qalıbdır. Bu özbaşnaıqarın bir səbəbi var - qanunların yazıq,yetim,yesir vəziyyətində olmasıdır.7-ildir ki, məmur özbaşnalığından əziyyət kəçirəm, Rabitə Nazirliyinin qanunsuz hərəkətlərinə son qoyan yoxdur ? Hara müraciət edirsənsə,baxılmaq üçün NRYTN-nin ünvanına göndərilir,v.m.baxıl

İ.Mustafaoğlu 2019-07-16 20:21:21

Biz dövlətimizi, xalqımızı istəyiriksə, dövlətimizə xələl gətirən məmurlar haqqında bildiyimizi şərh etməyi bacarmalıyıq.. Rabitə əldən gedib... belə ki, Ramin Quluzadə nazir, Əli Abdullayev birinci müavin təyin olunandan sonra vətəndaşların müraciətinə əhəmiyyət vermədilər,özbaşnalıqlar hökm sürməyə başladı,aidiyyatı qurumların əməkdaşlarıda onların qanunsuz əmələrinə göz yumdular.. Rabitə səmimi insanların peşəsidir.. Rabitədə işləyən hər bir işçi Qara şörəyə qane olmalıdır? O məmur ki, cənab Prezidentdən

ARİS 2019-07-16 20:21:21

İşi qura bilməyən Ramin Quluzadəyə İSTEFA! Fəaliyyəti isə prokurorluqğun qərarı ilə yoxlanılmalıdır.Müraciətdən görünür ki,o şəxs vəzifə səlahiyyətlərini aşmiş,vəzifədəən suistifaadə etmişdir.

alım 2019-07-16 20:21:21

Talançılıgın yeni metodunu işə salıblar.Bankları talan edən, daha dogrusu etməyi bacaran dələduzlar indi də dövlət idarələrinə yerləşdirilir, transfer edilir ki, onların bu "yaradıcılıgından" istifadə etsinlər.Sizcə guya bunları gözüyumulu gətirib bu vəzifələrdə otuzdururlar? Bundan qabaq da Azərpoçta ABB-ın talan edilməsində müstəsna xidməti olmuş E.Mansurovun oglunu qoymuşdular.Sadəcə üzərində 3 il rəhbər vəzifə tutmaq qadagası oldugu üçün təsdiq edə bilmədilər.Əvəzində ondan betər bu.... qoydular.

Azərpoçtun işçisi 2019-07-16 20:21:21

Deyirəm axı E.Əfəndiyev Azərpoçta gələn kimi, Fizulilərlə iş birliyi qurub, sən demə ortada Ə.Vəzirovun kürəkəni, erməni dığaları varmış.

Alı 2019-07-16 20:21:21

Amonə qardaş Emin Əfəndiyevlərin arxasında duran quvvələr elədə gücli bir quvvə deyil.Milli təhlükəsizlik nazirliyində baş verən məlum məsələlərdə rabitəçilərində adı hallanırdı, əslində həmin adı çəkilən şəxslərin əksəriyyəti indiki kimi qeyri rabitəçilər idi, istər Əli Abbasov istər Vidadi Zeynəlov, necəki Ramin Quluzadə Əli Abdullayev elə bil kimsə belə cütlikləri bilərəkdən bu kasıb səmimi rabitəçilərin üstünə rəhbər təyin edirlər, bunlarda bildiklərini edirlər nə Allahı nədə dövləti milləti tanıyırlar

Amon 2019-07-16 20:21:21

Sikayetci qardas bu emin efendiyevin evveller islediyi muessiselere baxanda melum olur ki bunun arxasinda kim dayanib.ozune yazigin gelsin otur sakitce sesini cixarma sene problem lazimdi

Millikişi 2019-07-16 20:21:21

Nafilə! Əsəbləşməyin. Vəziyyətlə barışmaq məcburiyyətindədir naçar cəmiyyətimiz. Niyə? Çünki Emin Əfəndiyev, Elmar Məmmədov və digərləri hazırda tam toxunulmazlıq çətiri altındadırlar. Ona görə ki, bu kimi antimilli ünsürlər vaxtilə çoxlu çirkin və xüsusilə məxfi tapşırıqlar yerinə yetiriblər. Həmçinin, əgər deyilənlər doğrudursa, erməni mafiyasının başçısı Kleçkyan, Ə. Vəzirov, qardaşı oğlu Rüstəm və kürəkəni Z. İsazadə ilə iş qurmasına rəğmən E.Əfəndiyev Azərpoçtun baş direktorudursa, demək haqlıyam.

vətəndaş-2 2019-07-16 20:21:21

alın buda sizin kadrlar- deyirəmki bunlarda dövlətçilik şüuru yoxdu bəzi qardaşlar inciyir-ə belə yırtıcılıq olar, bunlar nə məxluqudular, qanlarında, genlərində nə var,hansı planetdən gəliblər, məqsədləri nədi,?????.....

Rabitəçi 2019-07-16 20:21:21

ömür boyu bir idarədə bir il işləməyi bacarmayan Rəsulov bayram 2011-ci ildən Azərpoçt MMC-nin Baş direktor vəzifəsində işləyir? Ona görə ki, Azərpoçt MMC-də özbaşnalıqlar hökm sürür ? MMT-nin çetesində adı dəfələrlə hallanmasına baxmayaraq,kimlərinsə hesabına vəzifəsini qoruyub saxlaya bilib ? Çox acınacaqlıdır, rabitə əldən gedir.....? Rabitədə köklü kadr dəyişikliyi olmalıdır rəsullar,əlilər, novruzlar,elmirlər getməsə,rabitə düzəlməyəcəkdir...? Cənab Ə.Abbasovun ölənlərinə rəhmət oxutdururlar..

Arif Əliyev 2019-07-16 20:21:21

Emin Əfəndiyevin bilərəkdən pozduğu limitə görə bir neçə poçt şöbələrində küli miqdarda vəsait oğurlanıb, həmin vəsaiti kim bərpa edər niyə ölkənin güc nazirlikləri bu haqda cinayət işini açmırlar Allah eləməsin poçt rəisi limiti pozsaydı indi türmədə yatırdı deyəsən onlarda Emindən və yaxud onu o posta təyin edənlərdən çəkinirlər hələ mən onların təyin etdiyi işçilərin poçtlarda kənarlaşdırdığı vəsaitləri demirəm marağlıdır deyirlər biz işə gələndə elə-belə gəlməmişik ona görədə lazım olanda pul götürürük.

Xalig 2019-07-16 20:21:21

Kosmik suretli inkishaf jox,dagitmag.Budur sijaset...

Arif Əliyev 2019-07-16 20:21:21

Marağlıdır Azərpoçtun direkttoru Emin qağanı lap belə desək işdən çıxartdılar, bəs 100-dən çox adamı məni-məni ilə işə götürüb onların talehi necə olacaq?və yaxud bu qağanı hansısa qağalar işə götürüb elə-belə yoxaaa orası necə olacaq, valahi-billahi nadir-tarixin hamısını oxumuşam belə çətin vəziyyət görməmişəm, deyirsiniz NRYT-lar nazirliyi 200-yüzdən yuxarı işdən çıxartdığı rabitəçiləri qanunsuz çıxardıb, əsla yox onların canı çıxaydı təzə qağaların hesabını verəydilər elə onlardan biri mən xəcalətliyəm.

Ardı 2019-07-16 20:21:21

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəyini NRYTN-i R.Quluzadənin ünvanına göndərməyimə baxmayaraq heç bir əhəmiyyət verməmiş, nazir müavini Əli Abdullayev tərəfindən məhkəməyə müraciət etməyimizi bildirmişdir. Məhkəmədə iki səlahiyyətli nümayəndəsi iştirak etməsinə baxmayaraq Ə.Abdullayev tərəfindən Səbail Rayon Məhkəməsinə Etiraz məktubu yazaraq müdaxilə etməyə çalışır. Əli Abdullayevin müdaxilə etməsinin qarşısını almaq üçün aidiyyatı üzrə göstəriş verməyinizi Sizdən xahiş edirik.P/Rabitəçilər məhv edilir

S.Ənvərqızı 2019-07-16 20:21:21

Hörmətli Cənab Prezident,R.Quluzadə Rabitəyə nazir təyin olunduğu gündən Vətəndaşların şikayətinə baxılmır.. Qeyri-peşəkarlar Rabitəyə yüksək vəzifələrə təyin olunublar,onlar Sizin etimadınızı doğrultmaq əvəzinə,vətəndaşı dövlətdən narazı salmağa rəvac verirlər.Həyat yoldaşımı qanunsuz işdən azad etmələrinə baxmayaraq,müraciətimizə belə əhəmiyyət verməyiblər. DƏMX-i tərəfindən araşdırma apararaq rəy verilmişdir ki,həyat yoldaşının Əmək müqaviləsi əmək qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir.

Politoloq 2019-07-16 20:21:21

“Əminik ki dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək”.Biz əvvəllər də ölkəmizin strateji maraqlarına qarşı “beşinci kolon”un imkanlarından istifadə cəhdlərini ifşa etmişik və buna yol verməmək zərurəti haqqında danışanda məhz belə halları nəzərdə tuturuq Əli Həsənov təxribatla bağlı verdiyi açıqlamasında deyib bunları. bu dediyiniz "beşinci klon"un imkanlarında azərpoçt rəhbərliyi tərəfindən 1 saylıPF vasitəsilə gürcüstana göndərilən

Politoloq 2019-07-16 20:21:21

ardı....gürcüstana göndərilən pul vəsaitlərini və sadalan digər cinayət tərkibli işlərini yenidən araşdırılmasında tətbiq edəsiniz. Atalarımızın gözəl misalı var"od olmayan yerden tüstü çıxmaz". Mətbuatımız bugün bunu işıqlandırı,1ilə yaxındır burda yazılanlar ölkə vətəndaşlarının dililndə əzbər olub.burda deyiblereee"Dadanan qudurandan pis olar".

Ardı 2019-07-16 20:21:21

Azərpoçtun kadrlar üzrə inspektoru Pərviz Budaqov nazirlikdəki mənfur əməllərini burdada davam etdirir.P.Budaqov və onun kimilər azərpoçtdan ... getməlidirlər!!!

Vətəndaş 2019-07-16 20:21:21

Məndə bir rabitəçi kimi bu müraciətə qoşuluram və haqqı tapdalanan bütün rabitəçilərə buna səsləyirəm. 2 aya yaxındır AR Baş prokurorluq yanında korrupsiya qarşı mübarizə idarəsinə azərpoçtun insan rezursları və gözəlova nüşabənin mənə etdiyi qanunsuzluqla bağlı müraciət etmişəm .lakin naməlum səbəblərdən istintaq yubadılır.Mənə deyirlər E.Əfəndiyev.... sən ona heçnə edə bilməzsən.Mənsə 1ci vitse prezident M.Əliyevaya mütaciət edirəm ,Hörmətli Mehriban xanım!nəimki E.Əfəndiyev və N.Gözəlova kimi ünsürlər NRYTN naziri R.Quluzadə və əlaltısı Ə.Abdullayev sizin etimadınızdan istifadə edib rabitəçiləri ağlar günə qoyublar xahiş edirik buna son qoyasınız!

Arif Əliyev 2019-07-16 20:21:21

Qarabağlının şərhni ürək ağrısıyla oxudum, and olsun Allaha heç kim Azərbaycan poçt işçilərin başına belə müsibət gətirməzdi, bu müsibəti Emin Əfəndiyev gətirdi, mən fədakar poçt işçilərin bu dövlətin qurulmasında onun möhkəmləndirilməsində kifayət qədər rolu olduğunu şərhlərimdə yazmışdım,yazmışdım dövlət büdccəsi 2003-cü ilə qədər boş idi, bütün pensiya alanlar yalnız poçtdan alırdılar, 6-9 aylarla pensiyalar gecikirdi həmin pensiya alanlara dövlət yox poçt işçiləri cavab verirdilər təhqirlərə, söyüşlərə

Arif Əliyev 2019-07-16 20:21:21

Indi həmin fədakar poçt işçilərini hansısa kökənsizliklər islahat adıyla sorğusuz filansız küçəyə atır və həmin küçədən çıxmışları onların yerinə təyin edirlər, lap belə desək dövlətimiz buna biganədir, hərçənd yazmışam bu dövlətin və millətin AZƏRBAYCAN POÇT İŞÇİLƏRİNƏ, mənəvi borcu var o, pullar vaxtında verilməyəndə söyüşləri, təhqirləri, çox hallarda poçt işçilərin haqsız döyülməsi, onların üzərində tətbiq ediblər, eybi yoxdur, dövlətimiz unutsada bizləri, yaradan Allahımız unutmaz!

Arif Əliyev 2019-07-16 20:21:21

Şəxsən mən Arif Əliyev özümü təhqir edilmiş hesab edirəm, bu kökənsizliklərin mənə qarşı edilən haqsızlıqlara, məhkəmə mənim xeyrimə qətnamə çıxardıb, millətim sivildir buna qəti sözüm yoxdur, dövlətimədə bu cür yanaşıram və bu cür bilirəm ona görədə sivil qaydalarla mübarizə aparıram bu o, demək deyilki hansısa bürokrat, rüşvətxor məmurun öhdəsindən gələ bilmərəm məni rabitəçilər kifayət qədər gözəl tanıyırlar Atama mənəvi borcum var o cürdə millətimə dövlətimə kimsəyə haqqımın tapdalanmasına borclu qalmaram

Son yazılar