Gürcüstanın müxalifət lideri istintaqa ifadə verəcək

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze dindirilməyə çağırılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Q.Vaşadze iyulun 18-də Tbilisi Şəhər Məhkəməsində hakimlərin qarşısında şahid qismində istintaqa ifadə verəcək. Müxalifət lideri iyunun 20 və 21-də Tbilisidə Gürcüstan parlamenti qarşısında baş verən hadisələrlə bağlı sorğu-sual olunacaq.

Qeyd edək ki, istintaq çərçivəsində digər müxalifət liderləri - Gigi Uqulava və Gia Baramidze artıq dindiriliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar