Bərdədə yol kənarında dayanan iki qadını maşın vurub

Bərdə rayonunda iki qadının vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.

Minik avtomobili yol kənarında dayanan rayon sakinləri - 1950-cil il təvəllüdlü Xəyalə Yaşar qızı Muxtarova və 1958-ci il təvəllüdlü Zemfira Yaqub qızı Həşimovanı vurub. Hər iki yaralı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar