DÜNYANIN GƏLƏCƏYİ DÖVLƏTLƏRDƏN ASILI DEYİL! – Amerikanın hegemonluğu (VİDEO)

Hazırda ABŞ dünyanın yeganə fövqəldövlətidir. Bu statusa iddia edən digər böyük dövlətlər də var, lakin onların bir sıra parametrləri uyğun gəlmir.

Yaxın keçmişdə isə Amerikanın hegemonluğuna qarşı çıxa biləcək fövqəldövlət vardı - Sovet İttifaqı. Dünya bunu yaxşı anlayırdı. Çünki SSRİ hərbi nəhəng olmasıyla yanaşı, həm də böyük elmi, sənaye və kəşfiyyat potensilana malik idi. Bəli, uzun illər ərzində dünya ABŞ və SSRİ arasında bölünmüş vəziyyətdəydi. Amma ABŞ öz nəhəng rəqibini tarix səhnəsindən silə bildi. İndi ABŞ tək gücdür. Lakin artıq beynəlxalq münasibətlər sistemindəki müvazinət pozulub. Belə ki, son dövrlər dünya səhnəsinin marjinal dövlətləri Amerikaya meydan oxumağa başlayıblar. Deyilə bilər ki, dünyadakı digər böyük güclər arxada durub, kiçikləri Amerikanın qarşısına atırlar. Eyni zamanda o da söylənilə bilər ki, Amerikanın rəqibləri peyda olub və onlar dünya arenasında öz yerlərini tutmaq istəyirlər. Yəni dünya piroqundakı paylarının artırılmasına can atırlar.

Sizə təqdim etdiyimiz videoda siyasi analitik, ”AzPolitika.info”-nun şərhçisi Vaqif Mahmudov bu məsələlər barəsində düşüncələrini paylaşır. Onun fikrinə görə, indiki vəziyyəti müəyyən mənada Birinci Dünya Müharibəsi ərəfəsi ilə müqayisə etsək, həqiqət aşkarlanar. O, bildirir ki, dünyanın belə hala gəlməsinin təməli 20-ci əsrin əvvələrindən qoyulub və bunu dizayn edən qüvvələr, ABŞ-ı mərhələli yolla dünya arenasının fövqəldövlətinə çeviriblər.

Bu videoda həmçinin Federal Rezerv Sisteminin (FRS) yaranmasından həm əvvəl, həm də sonra pulun bir dəyər ölçü vahidi kimi necə transformasiyaya uğramasından da söhbət salınır. Digər yandan isə videoda maraqlı bir tezis irəliyə sürülür ki, dünyanın gələcəyinin hansı şəkil alması dövlətlərdən asılı olmayan məsələdir.

Belə hesab edirik ki, oxucular bu videoda onları düşündürən müəyyən məsələlərə cava tapa bilərlər.

635x100

Şərhlər

Arif 2019-07-17 17:25:45

Artıq ABŞ və müttəfiqləri üçün mütləq gücün vaxtı bitib, dünyada yeni güclər meydandadır, bunlardan kimsə üzdə, kimsədə xəlvətdədir, silah istehsalında hər gün yeni texnologiyaya uyğunlaşdırılmış, silahlar istehsal edilir, artıq ABŞ-ın müttəfiqləri maliyə baxımından ehtiyatlanaraq, bəlkədə gizlində ABŞ-a qarşı olanlara yardımda edirlər.Bütün bunlara rəğmən Allah bu silah yarışından yaşadığımız dünyanı qorusun.

Son yazılar