Bu gün ermənilər Göygöl rayonunda mülki traktoru atəşə tutub
Baxiş sayı:
Dərc olunub:
17/07/2019 - 19:15
“Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən bölmələri tərəfindən erməni kəndinin atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur, yalandır və dezinformasiya xarakteri daşıyır”.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
“Eyni zamanda bildiririk ki, bu gün səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görən mülki traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub”, - deyə nazirlikdən qeyd edilib.
Son yazılar
12:02
STRATEJİ UĞURUN PƏRDƏARXASI – Azərbaycan Rusiya hərbçilərini ölkədən çıxarmağa necə nail oldu?
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.