"Qarabağ" "Partizani"yə qalib gəlib 

Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib.

APA-nın məlumatına görə, bu, I təsnifat mərhələsinin “Partizani” ilə cavab oyunundan sonra rəsmiləşib.

Bir həftə əvvəl Albaniyada keçirilən ilk qarşılaşmada qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri “Dalğa Arena”da baş tutan bugünkü görüşdə mütləq qalib gəlməli idi. Çempionumuz bu vəzifənin öhdəsindən gəlib.

Düzdür, “Qarabağ” rəqibin müqavimətini qırmaqda uzun müddət çətinlik çəkib. Ağdamlılar yalnız ikinci hissədə istəyinə çata bilib.

Filip Ozobiçin hissənin əvvəlində vurduğu top qonaqların müqavimətini qırıb. Oyunun sonunda isə Dani Kintana ikinci qolu vurub. Bu iki top həm görüşün, həm də cütün taleyinə aydınlıq gətirib. 2:0 hesablı qələbə “Qarabağ”ı növbəti mərhələyə daşıyıb. Burada isə komandamızın rəqibi hazırda davam edən “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) oyununun güclüsü olacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab matçları 30-31-də baş tutacaq.

Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunu

17 iyul

21:00. “Qarabağ” – “Partizani” (Albaniya) - 2:0

QOLLAR: Ozobiç, 51, Kintana, 90+4

Baş hakim: Dumitri Muntean

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar