"Qarabağ"a uduzduğumuz üçün qıcıqlanmırıq" - "Partizani"nin baş məşqçisi

"Qarabağ" 2 qol vurdu, biz isə yox. Ona görə də mərhələ keçdi. Bu qədər sadə". "Report" xəbər verir ki, bunları Albaniyanın "Partizani" komandasının baş məşqçisi Franko Lerda "Qarabağ"a Bakıda 0:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçından sonra söyləyib.

İtaliyalı mütəxəssisin sözlərinə görə, əllərinə düşən qol fürsətdən istifadə edə bilməyiblər: "Rəqib isə şansları dəyərləndirdi və qalib gəldi. Oyunumuz rəqibdən asılıdır. Qarşımızdakı güclüdürsə, müdafiədən oynayırıq. Qıcıqlanmırıq, qısqanc deyilik. "Qarabağ"a uğurlar arzulayıram. Həqiqətən güclü komandadır. Nə qədər irəliləyəcəyini deyə bilmərəm. Dani Kintana kimi oyunçuları var. Onu vaxtında meydana buraxdıqlar və qol vurdu. Ailton Silvanı da qeyd edərdim".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar