Nazirliyin 3 idarəsi ləğv olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəzi rayon idarələrinin ləğv olunduğunu elanedib.

Nazirlik bildirib ki, 11 iyul 2019-cu il tarixli 577/ü nömrəli əmrlə Zəngilan Rayon Ekologiya və Təbii Sərvətlər İdarəsi, Qubadlı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Şuşa Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ləğv edilib.

«Yaranmış debitor və kreditor borclara dair müvafiq qaydada Ətraf Mühitin Mühafizəsi Departamentinə müraciət etməyinizi Sizdən xahiş edirik»-deyə nazirliyin açıqlamasında bildirilir.

635x100

Şərhlər

Şəkidən 2019-07-18 11:09:39

Şəkidə də bağlansa yaxşı olar,çünki "gözü doymayan" ləqəbi Elşad Alxasov o idarəyə qanunsuz yolla başçılıq edir...?Bütün meşə ərazilərini zəbt edib,qanunsuz əmələrini həyata keçirir,aidiyyatı qurumlar tərəfindən də göz yumulur...?

Oxucu 2019-07-18 11:09:39

Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə idarəsi ləğv olunmalıdır.İdarə və müəssisələrin mühafizəsinə cavabdeh olan bu əməkdaşlar həmin idarə və müəssisələrin işçisidirlər,oradan əməkhaqqı alırlar,lakin əmr və göstərişlər Təhlükəsizlik və Mühafizə idarəsindən gəlir.İdarə və müəssisə rəhbəri də absurd bir vəziyyətdə bu əmrləri icra etməklə məşğuldur.Belə olan halda bu idarə kimə və nəyə gərəkdir.

t.ədalət 2019-07-18 11:09:39

Bu,o deməkdir ki,artıq adı çəkilən rayonların taleyi ermənilərin ixtiyarına buraxılıb.Nazirin ........... Ləğv edilən idarələrin ardınca,görünür,rayonların da Azərbaycanın balansından çıxarılacağı nəzərdə tutulub..

Son yazılar