Dövlət Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub

eesmƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub.

"Report"un əldə etdiyi məlumatına görə, xidmət rəisi vəzifəsinin icrası müvəqqəti olaraq qurumun rəis müavini Fuad Heydərova tapşırılıb.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib. O, yeni işə keçməsi ilə əlaqədar olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən öz ərizəsi əsasında ayrılıb.

635x100

Şərhlər

Şəkili 2019-07-18 11:58:37

Şəkidə də öz şəxsi maraqlarını, dövlətin maraqarından üstün tutan şəxslər vəzifədə işləyirlər ? Onlara nə vaxt əl gəzdiriləcəkdir ....?

Arif Əliyev 2019-07-18 11:58:37

Əslində bu qurum ləğv edilməlidir, yaradılmış bir qurumun adi bir mmc-də sözü keçmirsə nəyə lazım? Azərpoçt mmc-də poçt işçilərini qanunsuz olaraq ixtisar adıyla işdən kənarlaşdırıblar, düzdür bir neçə işçilər bu təşkilata müraciyət ediblər, həmin müraciyət edənlərdən birdə mənəm, insafan cavab olaraq yazıblarki, sizi qanunə zidd işdən çıxardıblər, amma onların yazdığlarını Azərpoçtun rəhbərliyi vecinə almır,nazirlik isə dünəndən vecinə almır.Üstəlik mən 3-cü qrup əliləm.

Son yazılar