Məşhur istirahət mərkəzinin rəhbərinin məhkəməsi başlayır

Dərc olunub: 18/07/2019 - 16:04

635d305782ee37eZaqatala rayonunda baş vermiş kütləvi zəhərlənməyə görə məsuliyyətə cəlb edilən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, Qazangül inzibati ərazisində fəaliyyət göstərən “Hope Lake” istirahət mərkəzinin rəhbəri Elman Yüzbaşev cinayət işi üzrə materiallar baxılması üçün Zaqatala rayon Məhkəməsinə göndərilib. İş hakim Elbrus Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 30-a təyin edilib.

Qeyd edək ki, ötən il 1994-cü il təvəllüdlü Qurban İbrahim oğlu Səmədov, 2001-ci il təvəllüdlü Böyükxan Ceyhun oğlu Ağaxanzadə, 1990-cı il təvəllüdlü Sara İbrahim qızı İbrahimova, 2016-cı il təvəllüdlü Zara Nicat qızı Səmədova, 2003-cü il təvəllüdlü Banuçiçək Ceyhun qızı Qasımzadə, 2006-cı il təvəllüdlü Aysu Ceyhun qızı Qasımzadə və 2017-ci il təvəllüdlü Ayxan Ceyhun oğlu Qasımzadə və daha 3 nəfər zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Məlum olub ki, Zaqatala RMX-nin yoluxucu xəstəliklər şöbəsinə gətirilən şəxslər “Hope Lake” ailəvi istirahət mərkəzində olublar və orada qidalanıblar.

Cinayət işi üzrə 10 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Mərkəzin rəhbəri Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham edilir. İstintaqa cəlb edilən Elman Yüzbaşevin barəsində həbs qətimkan tədbiri seçilməyib.








loading...


Fikrinizi bildirin