İran futbolunda 38 illik qadağa aradan qaldırılır

Dərc olunub: 18/07/2019 - 16:13

2588911d-ca58-447d-8e5e-ffff176634dbİran Futbol Federasiyası qadınların 2022-ci il dünya çempionatının oyunlarını tribunadan izləməsinə razılıq verib.

“Report” “Punch” nəşrinə istinadən xəbər verir ki, milli assosiasiyanın rəhbəri Medi Taca FIFA prezidenti Canni İnfantinonun bununla bağlı məktubuna müsbət cavab verib.

Qərarın qüvvəyə minməsi üçün İran hökumətinin razılığı lazımdır.

Qeyd edək ki, 1981-ci ildən etibarən İranda qadınların futbol matçlarına gəlməsinə qadağa qoyulub. Bu ölkənin yığması DÇ-2022-nin seçmə mərhələsində İrak, Bəhreyn, Kamboca və Honkonqla bir qrupda yer alıb.








loading...


Fikrinizi bildirin