Samarada 46 özbək zəhərlənib

Dərc olunub: 18/07/2019 - 16:31

397951Samara vilayətinin Koşelevka kəndində 46 nəfər Özbəkistan vətəndaşı zəhərlənib. Bu barədə Rusiya İstintaq Komitəsi bölgə idarəsinin saytında xəbər verilir.

Müəyyən olunub ki, 2019-cu ildə Özbəkistandan Samara vilayətinə 60 nəfər gəlib. Onlar «Koşelevkski posad» şirkətində işə giriblər. Şirkət öz məhsullarının, o cümlədən, alma, qarağat, moruq və s. meyvə-giləmeyvələrin pərakəndə və topdan satışı ilə məşğul olur.

Özbəklər Sızran rayonundakı kirayə evdə yaşayırlar, yeməyi özləri hazırlayırlar. Onların nədən zəhərləndikləri məlum deyil. Baş verən hadisə araşdırılır, yoxlama aparılır.








loading...


Fikrinizi bildirin