"Türkiyə şirkətlərinin müvəqqəti itkiləri ola bilər" - Müdafiə sənayesi naziri

"Türkiyənin “F-35” proqramından rəsmi olaraq çıxarılmasını gözləyirik".

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi naziri İsmail Demir ABŞ-ın “F-35” qırıcıları ilə bağlı qərarını şərh edərkən bildirib.

““F-35” hadisəsində bu günə qədər hər cür ödəmələri, öhdəliyimizi qüsursuz olaraq yerinə yetirdik. Qərarda dayandırma ifadəsi işlədilir, çıxarılma deyil. Çıxarılmağın isə özünəməxsus hökmləri ola bilər. Bu isə ortada yoxdur. Türkiyənin “F-35” proqramından rəsmi olaraq çıxarılmasını gözləyirik. O vaxtadək Türkiyə öhdəliklərini yerinə yetirəcək. Proqramdan çıxarılacağı halda Türkiyənin hər təyyarə üçün 7-8 milyon dollardan artıq maliyyə xərci olacaq. Məcbur olmayanadək Türkiyə xaricdən avadanlıq almayacaq. Türkiyə şirkətlərinin müvəqqəti itkiləri ola bilər, ancaq sənayemiz bundan güclənərək çıxacaq”, - deyə İsmail Demir vuğulayıb.

Xatırladaq ki, iyulun 16-da ABŞ Türkiyənin “F-35” proqramında fəaliyyətinin yasaqlanması barədə qərar qəbul edib.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar