Gürcüstanın müxalif televiziyası iqtidara yaxın şəxsin əlinə keçdi

Dərc olunub: 18/07/2019 - 16:44

5615f50bb0efee9f77943c0f8d53ac44Biznesmen Kibar Xalvaşi Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Reyestrinə müxalif “Rustavi 2” televiziya kanalının sahibi kimi qeydiyyata alınması ilə bağlı müraciət edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, müvafiq sənədi biznesmenin vəkili Paata Salia qeydiyyatdan keçirib.

Müraciətə əsasən, “Rustavi 2”nin səhmdarlarının paylarının dəyişdirilməsi tələb olunur.

Hazırda televiziyanın səhmdarları “Gürcüstan telekompaniyası” MMC (51%), Levan Karamanişvili (22%), Giorgi Karamanişvili (18%) və Nino Nijaradzedir (9%).

Avropa İnsan Hüquqları Məhkəməsinin bugünkü qərarı ilə “Rustavi 2”nin vəkillərinin Gürcüstan məhkəmələrinə qarşı iddialarının heç biri qəbul olunmayıb. Gürcüstanın Ali Məhkəməsi 2017-ci ilin martında iki aşağı instansiya məhkəməsinin teleşirkətin Kibar Xalvaşiyə verilməsi barədə qərarlarını qüvvədə saxlayıb.

“Rustavi 2” televiziyasının qərardan şikayət vermək hüququ var.

Kanalın baş direktoru Nika Qvaramia Avropa Məhkəməsinin qərarını ağlasığmaz adlandırıb. O, Ədliyyə Nazirliyindən Strasburq məhkəməsinin qərarından şikayət etmək müddəti başa çatmayana qədər “Rustavi 2”nin K.Xalvaşinin adına qeydiyyata almamağa çağırıb.

Gürcüstan Ədliyyə Nazirliyinin İctimai Reyestri biznesmen Kibar Xalvaşini müxalif “Rustavi 2” televiziya kanalının sahibi kimi qeydiyyata alıb.

Qeydiyyat sənədinə əsasən, televiziyanın səhmlərinin 60%-i K.Xalvaşiyə, 40%-i isə “Panorama” MMC-yə məxsusdur.

Qeyd edək ki, K.Xalvaşi 2004-2006-cı illərdə “Rustavi 2”nin sahibi olub. O, Gürcüstanın hazırkı hakimiyyətinə qarşı loyallığı ilə seçilir.








loading...


Fikrinizi bildirin