İsveç Rusiyanın nüvə zərbəsindən ehtiyatlanır – KİV

Dərc olunub: 18/07/2019 - 20:10

2105927456456_1516258482İsveç öz ərazisinə Rusiyanın soxulacağından, xüsusilə də strateji əhəmiyyətli Hotland adasına soxulacağından ehtiyatlanır. Bu barədə «Gazeta Wyborcza» nəşri xəbər verib.

Məqalədə deyilir ki, guya Rusiya Ukraynadakı 2013-cü il böhranına qədər İsveçə nüvə zərbəsi planlaşdırırmış. Belə addımın məqsədi «Ukraynanın Baltik dənizində rəqib kimi sıradan çıxarılması» imiş.

Müəllifin fikrincə, Rusiyanın strateji bombardmançıları Hotlandı «bircə zərbə ilə» məhv etmək qüdrətindədir. Məqalə müəllifi Rusiyanın təlimlər zamanı bu adaya yönəlik yaranmış marağına işarə edib. O, hesab edir ki, ümumiyyətlə, Moskva tez-tez «Baltikyanıda təxribatlar törədir».

Bundan əvvəl, KİV-lər xəbər vermişdilər ki, İsveç ordusunun hərbçilərini Rusiya tərəfindən ola biləcək mümkün hücumları dəf etməyə öyrədirlər. İsveç hakimiyyətinin narahatlığına xüsusilə, Kalininqradın - «Rusiyanın hərbi anklavı»nın yaxınlığı səbəb olur.

AzPolitika.info








loading...


Fikrinizi bildirin