Biləcəridə yük qatarının vaqonu yanır

Dərc olunub: 18/07/2019 - 19:23

655d308afa4f378Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda yanğın olması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən xəbərinə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.








loading...


Fikrinizi bildirin