Polis leytenantı ehtiyatsızlıqdan özünü güllə ilə vurub

Dərc olunub: 18/07/2019 - 21:38

2962689e-3b23-4396-a92a-04d91ff6c79cSumqayıt şəhərində ehtiyatsızlıqdan ölüm hadisəsi baş verib.

“Report” xəbər verir ki, Sumqayıt şəhər polis idarəsinin 1-ci Polis bölməsinin 1995-ci il təvəllüdlü cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Rəhman Hüseynli xidməti otağında ölmüş vəziyyətdə aşkar olunub.

Onun ehtiyatsızlıqdan özünü güllə ilə vurduğu ehtimal edlir.

Meyit axşam saat 19:40 radələrində tapılıb.








loading...


Fikrinizi bildirin