Bakıda yol qəzası baş verib, ölən və yaralanan var

Dərc olunub: 18/07/2019 - 22:12

ab4dfb12-e075-47fd-802b-cf00f9296c69Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, qəza zamanı hazırda şəxsiyyəti məlum olmayan şəxs ölüb.

Eyni zamanda Kürdəmir rayonu Sığırlı kənd sakini, 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu ağır xəsarət alıb.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.








loading...


Fikrinizi bildirin