“Fənərbağça”da yeni müqavilə – Rəsmi

Dərc olunub: 18/07/2019 - 22:28

117955“Fənərbağça” yarımmüdafiəçisi Tolqa Ciyərci ilə müqavilənin müddətini artırıb.

Qol.az-ın klubun rəsmi saytına istinadla yaydığı xəbərə görə, 27 yaşlı oyunçu ilə yeni 1 illik anlaşma imzalanıb. Futbolçu 2019-2020 mövsümünü də İstanbul təmsilçisində keçirəcək.

Qeyd edək ki, Tolqa “Fənərbağça”ya ötən mövsümün əvvəlində “Qalatasaray”dan transfer olmuşdu.








loading...


Fikrinizi bildirin