“Mazda” 900-dən çox avtomobili geri çağırıb

Dərc olunub: 19/07/2019 - 00:26

mazda

“Mazda Motor” şirkəti Rusiyada 900-dən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar mühərrikin buraxılış klapanında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2013-cü ilin aprelindən 2018-ci ilin avqustunadək Rusiyada satılmış “Mazda 6″ və CX-5 modellərinə şamil olunur.

Bildirilir ki, həmin qüsur müəyyən hallarda mühərrikin işinin dayanmasına səbəb ola bilər.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.








loading...


Fikrinizi bildirin